Icma.az
close
up
RU
Sənan Qurbanov: “Təklif olsa, qorxmadan öhdəsindən gəlmək olar”

Sənan Qurbanov: “Təklif olsa, qorxmadan öhdəsindən gəlmək olar”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Tovuz səfəri çox çətin keçir. İddialı klubdurlar. Turnir cədvəlində olduqları yer də bunu göstərir. Qısa vaxtda çalışdıq ki, komandanı onlara qarşı hazır edək. “Turan Tovuz” mübarizəli oyunu sevir. Belə olacağını da bilirdik. İki gün məşq edə bildik. Futbolçular həm müdafiədə, həm hücumda nələrsə etməyə çalışdı. Bura qələbə üçün gəlmişdik. Ad “Neftçi”dirsə, prioritet üç xaldır. Komanda işinə belə ciddi yanaşsa, uğurlar uzaqda deyi.

– Bu gün qələbə olsaydı, komandanın baş məşqçisi olmaq üçün vizit kartınız olardı?
– Hazırda akademiyanın koordinatoruyam. Həm orda, həm də əsas komandada məşq keçmək fəxrdir. Qərarı rəhbərlik verir. “Neftçi”yə faydalı ola bilərəmsə, nə yaxşı.

– Komandada qısa müddətdə nəyi dəyişə bildiniz, nəyi yox?
– Müdafiədə daha ciddi oynamağa çalışırdıq. Samir Abasov yaxşı komanda qurub. Bu kollektiv daha yaxşı yerlərdə olmağa layiqdir.

– Bugünkü nəticəni qənaətbəxş hesab edirsiniz?
– Turnir cədvəlində vəziyyət elədir ki, qələbə komandanı irəli pillələrə apara bilər. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çətin rəqiblər var. Mübarizənin keyfiyyəti daha da artsa, yaxşı olacaq.

– Özünüzü oyuna necə hazırladınız?
– Burda acı məğlubiyyətdən sonra işimdən ayrılmışdım. Tovuz səfəri çətin olur. Burda həm özümü, həm komandamı hazırlamağa çalışdım. Məğlub olmamaq və qələbə üçün özümüzü hazırladıq. Soyuqbaşa oyunu yenidən təhlil edəcəyik. Düşünürəm ki, komanda pis çıxış etmədi.

– Qısa müddətdə olsa da, Abubakara məşq keçdiniz…
– Abubakar peşəkar oyunçudur. İşinə ciddi yanaşır. Özüylə son gündə də danışdım, dedim işinə belə yanaşmağın, ürəklə çalışmağın gənclərə nümunədir. Çox intizamlı biridir. Belə karyeranın sahibi belə yol keçməlidir. Abubakar “Neftçi” üçün böyük qazancdır.

– Abasov son müsahibəsində demişdi ki, Premyer Liqada davamlı olmaq üçün adamın olmalıdır…
– Samir Abasov komandanı çempion edib. Ona adam lazım deyil, özünü sübut edib. Məşqçini önə gətirən qazandıqlarıdır.

– “Neftçi”nin tam hədəfinin ölkə kubokunu qazanmaq olduğunu demək olar?
– “Neftçi” hər yarışda çempionluq üçün mübarizə aparır. Heyətimizdə titulları olan futbolçular var. Kuboku iki dəfə qazanmışam. Qarşıda “Zirə” ilə çətin matç gözləyir. Sabahdan hazırlaşacağıq.

– Gənc futbolçulara şans verməməyinizə nə mane oldu?
– Qısa zamanda qlobal dəyişikliklər etmək düzgün olmaz. Komandanı anidən stressə sala bilmərəm. Rza, Ağadadaş, Murad perspektivli oyunçulardır. Onlar yetərincə şans qazanırlar. Bu futbolçular meydana çıxıb, komandaya kömək edə biləcək futbolçulardır.

– “Zirə” ilə oyuna komandanı siz çıxaracaqsınız?
– Bilmirəm. Onsuz akademiyada işləyirəm. Nə desələr, etməyə hazıram. “Neftçi”də olmaqdan qürur duyuram.

– Sizcə, sizinlə müqavilə imzalamağa nə mane olur?
– Bilmirəm nə cavab verib. “Neftçi”də daim uğur qazanmalısan. Qorxmuram, çəkinmirəm. Təklif olsa, məmnuniyyətlə. İşi sevirəm və bundan zövq alıram. “Neftçi” bütün şəraiti yaradıb. Təklif olsa, qorxmadan öhdəsindən gəlmək olar.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Noyabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri