Icma.az
close
up
RU
Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iqtisadiyyatın gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verilməsi məqsədilə yaradılan İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir.

Ölkə başçısı işçi qrupunun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoyub.

İqtisadi sahənin əsas sütünu olan sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupunun rəhbəri “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri və Azərbaycan Tikinti Materialları İstesalçıları Assosiasiyasının (ATMİA) İdarə Heyətinin sədri Bəşirov Elxan Hidayət oğlu seçilib. Koordinasiya qrupu ölkənin 100-dən çox aparıcı şirkətləri özündə birləşdirir. Qrupun rəhbəri koordinasiya üzvləri ilə birgə maneə və çətinliklərlə bağlı təklifləri müzakirə edir, onları təhlil edərək optimallaşdırır və qanunvericiliyə uyğun formada layihələndirərək ölkə başçısının köməkçisinə təqdim edir.

Sahibkarlara yaradılan maneələr dövlət proqramlarının icrasını gecikdirir. Bu maneələr birdəfəlik aradan qaldırılmalı və bunun üçün lazımi tədbirlər görülməlidir. Ölkənin sosial yönümlü iqtisadiyyatı və ölkə başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və insanların iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin prioritetliyinin göstəricisidir.

Həyata keçirilən bütün bu tədbirlər və aparılan islahatlar sənaye sahələrinin sürətlə inkişafına daha da təkan verəcək. Azərbaycan Prezidentinin sözü ilə desək, Azərbaycanda sənayeləşmə sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı isə güclü Azərbaycan deməkdir. Ulu Öndərimiz “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, kəlamı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlarla reallığa çevrilib.

Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Məhz iqtisadi gücümüzə söykənərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda iqtisadi gücümüz ilə doğma torpaqlarımıza həyat yenidən qayıdır. Ölkə başçısı dəfələrlə “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”, - deyə bildirib.

Hər bir sahibkar ölkəmizin sosial-iqtisadi inkişafında, istehsal potensialını artırmaq üçün öz öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməlidir. Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, bütün lazımi dəstək göstərilir. Şübhəsiz dövlət və özəl sektorun birgə fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı üçün qarşıya çıxan maneə və çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verəcək.

Bu səbəbdən sahibkarlar dövlət tərəfindən yaradılan portal (https://economicreforms.gov.az/) vasitəsilə maneə və çətinlikləri qeyd etməklə öz təkliflərini verməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see201

Tokayevdən rüsumların tətbiqi ilə bağlı Trampa CAVAB

10 İyul 2025 13:13see165

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see149

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see125

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see124

Afranı Saraçoğlunu seriala çəkmək baha başa gəldi

10 İyul 2025 13:28see123

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see122

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see122

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see121

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see119

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see118

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see116

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

10 İyul 2025 14:12see115

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see115

Rza Cəfərovun “Dinamo”ya keçidi baş tutmadı EKSKLÜZİV

10 İyul 2025 10:02see113

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see112

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see112

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see111

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see111

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri