Icma.az
close
up
RU
® Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

® Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iqtisadiyyatın gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verilməsi məqsədilə yaradılan İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir.

Ölkə başçısı işçi qrupunun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoyub.

İqtisadi sahənin əsas sütunu olan sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupunun rəhbəri “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) İdarə Heyətinin sədri Bəşirov Elxan Hidayət oğlu seçilib. Koordinasiya qrupu ölkənin 100-dən çox aparıcı şirkətləri özündə birləşdirir. Qrupun rəhbəri koordinasiya üzvləri ilə birgə maneə və çətinliklərlə bağlı təklifləri müzakirə edir, onları təhlil edərək optimallaşdırır və qanunvericiliyə uyğun formada layihələndirərək ölkə başçısının köməkçisinə təqdim edir.

Sahibkarlara yaradılan maneələr dövlət proqramlarının icrasını gecikdirir. Bu maneələr birdəfəlik aradan qaldırılmalı və bunun üçün lazımi tədbirlər görülməlidir. Ölkənin sosialyönümlü iqtisadiyyatı və ölkə başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və insanların iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin prioritetliyinin göstəricisidir.

Həyata keçirilən bütün bu tədbirlər və aparılan islahatlar sənaye sahələrinin sürətlə inkişafına daha da təkan verəcək. Azərbaycan Prezidentinin sözü ilə desək, Azərbaycanda sənayeləşmə sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı isə güclü Azərbaycan deməkdir. Ulu Öndərimiz “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, kəlamı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlarla reallığa çevrilib.

Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Məhz iqtisadi gücümüzə söykənərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda iqtisadi gücümüz ilə doğma torpaqlarımıza həyat yenidən qayıdır. Ölkə başçısı dəfələrlə “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”, - deyə bildirib.

Hər bir sahibkar ölkəmizin sosial-iqtisadi inkişafında, istehsal potensialını artırmaq üçün öz öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməlidir. Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, bütün lazımi dəstək göstərilir. Şübhəsiz dövlət və özəl sektorun birgə fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı üçün qarşıya çıxan maneə və çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verəcək.

Bu səbəbdən sahibkarlar dövlət tərəfindən yaradılan portal (https://economicreforms.gov.az/) vasitəsilə maneə və çətinlikləri qeyd etməklə öz təkliflərini verməlidirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see749

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see179

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see173

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see131

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri