Icma.az
close
up
RU
Menu

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

AAYDA ya məxsus bu idarələr ləğv olundu

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

İlham Namiq Kamalın oğlu məzun oldu

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yağışı qarşılamaq

Bir anlıq gözlərini ver,

Ver baxım bu dünyaya, -

Barı bircə dəfə gözəl

görüm dünyanı!

...Hörüklərini ver,

basım bağrıma

Yüz ilin tənhasıtək

Kirpiklərini ver, hücum çəkim

Ayrılıqların üstünə...

Yanaqlarını ver, - açmaq istəyən

Çiçəkcən göstərim

Dodaqlarını ver,

bir beyt seir yazım....

...Gülüşlərini ver,

su kimi səpib söndürüm

Bu dünyanın əzablarını

Gəncliyini gizlətdin,

Barı uşaqlığını ver, -

Gedək çöldə oynayaq...

...Əllərini ver, tutum əlindən

Gedək yağışı qarşılamağa...

Bir ürək və... üç nöqtələr...

Məktubuma cavab kimi yazdığın

Qırıq-qırıq nöqtələr...

- Ürəyimin xətlərini çəkmisən, yoxsa, -

Sən ki, həkim deyildin!..

Onda sənə olan sevgimi çək,

Ağrı kimi göstər orda...

...Üç nöqtələr, qırıq-qırıq

Xətlər göndərmisən,

O xətləri tutub sənə çatmaq olarmı?

Bir yağış dindirdi məni...

Dünya necə fırlanır ki, -

Qalmışam qaldığım yerdə?!

Torpaq da şeir yazacaq, -

Mən lələk saldığım yerdə...

Sevgi səndən, qəhər məndən,

Yol səndəndi, kəhər məndən...

Simlər də inciyir məndən,

Dərdimi çaldığım yerdə.

Mələkdi, nəydi bu yağış,

Bəlkə lələydi bu yağış?

Çiynimə dəydi bu yağış, -

Xəyala daldığım yerdə...

Bu qələm ahnan oynayır,

Şahmatda şahnan oynayır...

Dünya uşağnan oynayır,

Mənim qocaldığım yerdə...

Sözü yalan danışmaq...

Əl də yalan danışar, -

Nə deyim bu əllərə?

Sənə bir şeir yazdım,

Payladım gözəllərə.

Vüqarla yazdığımı,

Sına-sına oxudum.

Sənə yazdığım şeri,

Özgəsinə oxudum...

Sözü narahat edib,

Özüm rahatlanmışam.

Daha dinə bilmirəm,

Dil kimi qatlanmışam...

Suları diksindirən,

Torda, tilovda günah.

Bir şeirlə yüz qızı

Ovlayan “ov”da günah.

...Bir dəfə atdığım ox,

Yüz hədəfə dəyibmiş.

Bir sevgi məktubumu

Yüz qız əzbərləyibmiş...

Haçansa bizə də

and içəcəklər

Bir gün açacağıq sirr pərdəsini,

Qurtarıb dünyanın yalanlarından.

Bir gün göz yaşına dönərik biz də,

Düşərik bir qızın yanaqlarından...

Qoşulub gedərik əsən yellərə,

Yarpaqlar arxadan əl eyləyəcək.

Kimsə çağıracaq bizi yanına,

Kimsə uzaqlardan “gəl” eyləyəcək.

Torpaq olacağıq bir gün, nə oslun, -

Haçansa bizə də and içəcəklər.

Üşüyən çocuqlar ocaq qalayıb

Bizim üstümüzdə isinəcəklər.

...Bir gün ulduzumuz sönsə səmada,

Biz də yer üzündə sönə bilərik.

Həyata dönməyi demirəm, ancaq,

Bir gün xatirəyə dönə bilərik...

Gecə reysi

Bəlkə göydə də bağ var,

Göylər - özü boyda sirr.

Səmadan yarpaq düşür, -

Bəlkə göydə yel əsir?

Bir kölgə keçdi göydən, -

Mələklərmi baxdılar?

Ulduzlar çiçək-çiçək,

Göylər nə xoşbaxtdılar!

Nə dedim dəydi sənə? -

Ay ürəyi yuxa sən...

Qolumu açmadım ki,

Qucağımdan çıxasan?!

...Ömür qaya kimiymiş,

Qayadan çapdım səni.

Mən ki, heç axtarmadım,

Bəs necə tapdım səni?

Göydə yazılan şeir

...Tez tez endir

təyyarəni,

təyyarəçi qardaş.

Vətənə

Yuxarıdan aşağı

Baxmaq istəmirəm...

Yeriyib üstümə

qaçar bir ağac

Ayın şöləsindən əriyər duman, -

Dumanın içindən bir şəhər çıxar.

Gecə işıqları yorulan zaman,

Yerin köynəyindən bir səhər çıxar.

Qocalar o kənddə naçar bir ağac,

Getsəm, - çiçəkləyib açar bir ağac...

Yeriyib üstümə qaçar bir ağac,

Sanaram qarşıma yüz nəfər çıxar...

Bir yol yoxuşunda ölə bilərəm,

Bir yaz yağışında ölə bilərəm.

Bir qız baxışından ölə bilərəm, -

Ancaq qorxuram ki, birtəhər çıxar...

Yaxşı ki, xoşbəxt deyilik...

Məktubumu oxuduğun,

Əllərindən şerim səni.

Evinizə elçi düşdü,

Gətirmədi evim səni.

Günahı kimdə axtaraq, -

Bir nəfərə yük olmasın?

Bu necə sevgidi, Allah,

Böyüsün, böyük olmasın?!..

Bir həsrət var aramızda,

Əlində tətik oynayar.

Oyuncağı olmayanlar

Dünyayla evcik oynayar...

Səmtimizi kim dəyişdi, -

Qoşa axan sulardıq ki?

...Yaxsı ki, xoşbəxt deyilik,

Yoxsa nə arzulardıq ki?!

Yelə yalvarram,

elə yalvarıram...

Yalvardım, - tez açılsın

Yazda tumurcuqlara.

Baxtı bağlı əlləri

Açılmış çocuqlara...

Üşütməsin saçını

Yalvardım yağışlara.

Yalvarmışam Şuşanı.

Deyib - uçan quşlara...

Sən yatdığın yuxuya,

Mürgünə yalvarmışam.

Heç vaxt solmasın deyə,

Bir gülə yalvarmışam.

Üzü Şuşayadırsa,

Əsirsə o ellərə, -

Heç vaxt əyilməyən sən

Yalvar indi yellərə...

Səni bir kədər soruşdu...

Özümü tuta bilmədim, -

Yenə də tutdum adını.

Ürəyimin sularında,

Yuyub qurutdum adını.

Kim deyirdi, “sevgi suçdu”

O özü də eşqə uçdu...

...Səni bir kədər soruşdu.

Yaxşı unutdum adını!

Sevgi adlı bir quş vardı,

Onunla qurtuluş vardı...

... “Oyun”da yüz uduş vardı, -

Yaxşı ki, uddum adını!..

Dağ

Səndə yürüşüm var,

bayrağım - lalən,

A dağım, üstümdə əsirdi nanən...

Ay ağac, göylərə çəkildi nalən, -

Kəsildin, ağladı, koğuşun altda...

Çobana oxşayır qaraltı adam,

Bir kola sığınnam, neynəyirəm dam?

Kimsə oxuyurdu yağışlı axşam.

Səsi islanırdı yağışın altda...

Burda çiçəklərin dodaqları nəm,

Burda fırça gərək, acizdi qələm.

...Bu gecə yuxuda balamı görrəm, -

Bir bala görmüşdüm bir quşun altda...

Qurudu dar ağacları...

Ürəyində deyiləmsə,

Yanında yer saxlama.

Bu gül səninçün açılıb,

Şeh vaxtı dər, saxlama.

Sevgi nədi - sirdi bütün,

Gözdə başlar, qəlbdə bitər...

Aç sinəni sətir-sətir, -

Sinəmdə sirr saxlama.

Bu dünyadı, - ya harasa?

Nə gəzirəm aza-aza.

Sevsəm, məni sağaltmasa,

Evində pir saxlama.

Yığışdırın bu tacları,

Kədəri “toxdu” acların...

...Qurudu dar ağacları,

Daha kəndir saxlama.

Bəzən qürurluyam,

bəzən qüruram

Əgər qısadırsa bu ömür yolu, -

Bəs niyə mən sənə çata bilmirəm.

Bu qədər ulduz var, Ay var səmada,

Mən niyə başımı qata bilmirəm?

Bəzən qürurluyam, bəzən qüruram,

Xoşbəxt olmasam da

xəyal qururam...

Bu dərdi sinəmdə ovundururam,

Dərdi oyaq qoyub yata bilmirəm.

Günəş saçlarıdı, - o dan anadı, -

Girdim qucağına, adam anadı.

Dünya “uğaşını” atan anadı,

Mənsə bu “ana”nı ata bilmirəm.

Dəymə o ağaca, sərhəddi bəlkə?

Araya çəkilən həsrətdi bəlkə?!

Vətənin çöpü də

 Sərvətdi bəlkə, -

Mən heç bu çöpü də sata bilmirəm...

Dünyadan uşaq gedək...

Dan üzüylə danışaq,

Bir az da susaq, gedək.

Qaranlıqlar içinə,

Biz də üzüağ gedək.

Kədər girsə barıdan,

Ölüm versə Yaradan.

Ancaq vüqar sarıdan,

O dünyaya sağ gedək.

Bu ömür uduşunda,

Nə qaldı ki, huşunda?

...Üşüyüb qəm qışında

Quru bir budaq gedək...

Nə görüb bu bəndədə, -

Ey eşq, saldın bəndə də...

Ağlayaq gedəndə də, -

Dünyadan uşaq gedək.

Eşq

Mən bir eşqə düşmüşəm,

Anacan, eşq deyirəm!

Sonda dilimdə bitsin, -

Sonacan eşq deyirəm!

Gec göndərib, nə olsun?

Bir az gərib... nə olsun?

Qışda gəlib, - nə olsun, -

Yanacam, eşq deyirəm!

Var ol, yazı yazan ki,

Sevmək belə asan ki?

Elə kövrəyəm, sanki

Sınacam - eşq deyirəm...

Girmə usanan yola,

Girdim - o salan yola.

Məndən uzanan yola, -

Onacan - eşq deyirəm...

Gələndə payızı

özünlə gətir...

Deyirsən payızda dönəcəm geri,

Bilirəm, vaxt uzaq, ayrılıq çətin.

Geri qayıdanda tək darıxarsan, -

Gələndə payızı özünlə gətir.

Payızda bir yerdə darıxmazsınız,

Yağışı başlasa, başlasın, nə qəm?

Sarı yarpağını çətir eyləyib

Başının üstündə tutar, bilirəm.

...Çiçək bitirəcək getdiyin o yol, -

Hər gün suvarıram saldığın izi.

Payız da uzaqda, sən də uzaqda,

Durub gözləyirəm hər ikinizi...

Uzaqda yaxına buraxma qəmi,

Çağır xəyalları sən qalanda tək.

Payıza qoşulub qayıdarsınız,

Sarışın hörüklü rəfiqələrtək.

...Bu ömür deyilən nə uzun imiş, -

Günləri - günlərə satıram indi.

Özün qürbətdəsən, səsin burdadı,

Səsinlə başımı qatıram indi...

Əlizadə Nuri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see597

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see427

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see401

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see354

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see294

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see255

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see218

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see199

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see198

DÇ 2026 da bu gün hansı oyunlar var? TƏQVİM

02 İyul 2026 09:16see190

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see175

Güzəştlər sahibkarlara yeni imkanlar yaradır

02 İyul 2026 11:44see174

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see168

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see167

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see164

Kiyev bölgəsinə gecə hücumu: raketlər və dronlar zərbələri beş rayonda güclü dağıntılara səbəb olub

02 İyul 2026 07:48see164

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see160

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see160

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see156

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri