Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Qalardım narahat təlaş içində,

Səsini duymasam, görməsəm səni.

Bu yalan, vəfasız, zalım dünyada,

Kim belə sevəcək görəsən səni?

Soldu gözlərimdə açan çiçəklər,

Gedişin yazımı  qışa çevirdi..

Bizi bu dünyada sanki yaradan,

Qoşa yaratmışdı, qoşa sevirdi.

Nə sevdim, sevildim o gündən bəri,

Sənsiz keçən günə ömür demədim.

Sənsə bircə dəfə, insafa gəlib,

Görəsən yaşayır, ölür, demədin ..

Yıxıldım kökümdən bir ağac kimi,

Yarpaqlar ələndi budaqlarımdan.

“Əlivida” söylədin o gün sən mənə,

Bir ömrü bitirdin dodaqlarında...

***

Nə su kimi axıb yolumu tapdım,

Nə də ki od olub çevrildim külə.

Gözümün yaşını sel kimi tökdüm,

Belə həyat verdim çiçəyə, gülə...

Heç bilmədim odam, yoxsa suyam mən,

Təzadlar içində yaşadım düzü.

Cahana can verən su oldum bəzən,

Bəzən həqiqətin yandıran üzü.

Bir ömrün içində nələr birləşir,

Su da öz içində alışıb yanır.

O qədər göz yaşın silir ki adam,

Sonra susuzluqdan bağrı odlanır.

Bu təzad içində dünya özü də,

Bəlkə də, ən böyük, ən ulu ovdur.

Yenə də şükür ki yanan qəlbimi,

Gözümün bir damcı yaşı ovudur.

***

Səmada rəqs edir bəyaz incilər,

Göylərdə dustaqdı gözüm inan ki.

Gecənin qaranlıq, yorğun əliylə,

Buluddan ilahi nur enir sanki ...

Yağır incə-incə qar dənələri,

Qonur pəncərəmə titrək, utancaq.

Bir uşaq sevincdən atılıb, düşür

Bir uşaq hardasa üşüyür ancaq...

Ağardır dünyanı bu soyuq kəfən,

Gizləyir palçığı, gizləyir izi.

Göyün paklığına bürünüb bəşər,

Aldadır bu bəyaz sükutla bizi.

Bəlkə də göylərin bizə rəhmidir,

Günahlar gizlənir ağ örtük altda.

Bu qədər çirkabı başqa nə örtər?

Yaxşı ki, qar yağır hərdən həyatda.

***

Nə aldın, nə verdin min şükür etdim,

Nə nankor oldum, nə təkəbbür etdim,

Bir quru nəfəsə təşəkkür etdim,

Heç üzünə ağ olmadım, ilahi!

Bir də gördüm ömür artıq yarıdı,

Payız gəlib yarpaqlar da sarıdı,

Bu dünyada bu qız kimdən yarıdı?

Yar arxamda dağ olmadı, ilahi!

Bəs deyirdin qəlbin ahı ağırdı?

Ahım göydən yağış kimi yağırdı.

Eşidəsən məni deyə bağırdım!

Yerin, göyün dağılmadı, ilahi?!

Hirs içində bəs mən axı neynəyim?

Nə vaxtacan dil -dodağı çeynəyim,

Ha deyirəm susum, susum deməyim,

“Mən yaşadım, sağ olmadım”, ilahi!

***

Gözlərin yorulmadı?

Boylanmaqdan küçəyə,

Yenəmi dil tökürsən,

Yar gəlməyən gecəyə..

Sanma döyülər qapın,

O səs külək səsidir.

Ümid bu lal otağın,

Ən qərib kimsəsidir.

Səcdə etdiyin yollar,

Gözlərinə yad baxır.

Sənin ömür saatın

Daha boşluğa axır.

Allahdamı unutdu?

O qaranlıq küncünü.

Gözləmək - yavaş-yavaş,

Xərcləməkdir gücünü.

Gedənlər qayıtmağa,

bir bəhanə saxlamır.

Bu dünya ölüləri,

diriykən qucaqlamır.

Yığışdır e kimsəsiz,

yetim qalmış hissləri.

Yollar udur, qaytarmır,

itkin düşən kəsləri.

***

Neçə ağır burulğana düşmüşəm,

Yazıq ürək sütunundan titrəyib.

Xəyallarım, ümidlərim, dağılıb

Topla-topla bitməyib ki bitməyib...

Fırtınalar qamarlayıb ömrümü

Qaranlığa qərq olub e bu ürək.

Həsrətini üfürmüşəm səmaya,

Yeri-göyü dağıdacaq bu külək.

Ağlayıram için-için bu gecə,

Gur damlalar ürəyini döyəcək.

Xatırlasan bu sevdalı adamı,

Salamımı qulağına deyəcək...

Həyatdır da sevinci nə, qəmi nə

Qarışmısan gözlərimin nəminə,

Bu dənizdə batacağıq, əminəm!

Kirpiklərim üzgəcindir, yaxşımı?

Səbinə Xosiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Mart 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri