Icma.az
close
up
RU
“Səndən təsəlli tapıram, dövlətimin müstəqilliyi...”

“Səndən təsəlli tapıram, dövlətimin müstəqilliyi...”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün dövlətimizin, xalqımızın gözəl günüdür. O mərəzdən nitqini belə itirən qardaşımın düçar olduğu ağır xəstəliyin ona zülm etdiyi son 20 gündə dilində “rəsmi” sözü bitmişdi. Eləcə deyirdi: “rəsmi, rəsmi...” Özü də rəsmi vəzifədə çalışırdı, yüksək səviyyədə işi-gücü vardı. Düşünürdük, yəqin o “rəsmi” sözü işinə uyğun yaddaşında qalan az sözlərdən biridir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər jurnalist, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun “Facebook”da qardaşının vəfatı ilə bağlı paylaşımında yer alıb.

“Bir il öncə 28 may tarixində dünyasını dəyişəndə anladıq ki, elə bizi tərk edib getdiyi günü deyirmiş. O dəhşətli günü insan öncədən bilə bilirmiş, bu barədə kitablardan oxuduğumuz xeyli qənaətlər var. 28 may tarixində o dünyaya qovuşdu, 1 iyun tarixində - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə 3 mərasimi keçirdik. Hər iki gün rəsmi gün hesab olunur.

O rəsmi gündən bu gün 1 il keçdi, qardaşım Elnurun il mərasimi oldu. 

28 may şəxsi faciəmizin günü olsa da, bayram əhvallı ovqatımız bizi əbədi tərk etsə də, bu günə Müstəqillik Günü kimi xələl gəlməsinə, bu gündən inciməyimizə, bu günün həyatımıza qara hərflə yazılmasına ailəmiz olaraq imkan verə bilmərik. 

28 may Musayevlər ailəsinin ömrünə yazılan qara gün olsa da, Musayevlər ailəsinin həyatına yazılan qara gün deyil. Ömür bizim, həyat vətənindir. Vətən ucalardan ucadır. 28 may günündən incisək, “rəsmi” sözü dilinin son sözü olan Elnur qardaşımın xətrinə dəyər. Elnur vətəni və dövləti özündən çox istəyirdi.

Ey 28 may, ailəmin qara günü, aləmin ağ günüsən. Elnur aləmin aləm övladı idi, övladıdır. O, 28 mayın rəsmi gün olduğunu qeyri-ixtiyari öncədən söyləməklə 28 mayın müqəddəs gün olduğunu son dəfə xatırlatdı.

28 may, səni kədərlə qarşılamağa məcbur olduğuna görə ailəmi bağışla. Sən müqəddəs  günsən, bizi anlayacağına inanıram. Sənə sığınıram, səndən təsəlli tapıram, dövlətimin müstəqilliyi”, - jurnalist paylaşımında qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 May 2026 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see417

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see372

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see371

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see352

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see309

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see297

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see283

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see276

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see276

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see271

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see270

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see256

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see254

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see253

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see225

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see222

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see220

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see202

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see189

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri