Icma.az
close
up
RU
Sənəd qəbulunda rekord ARTIM Yeni ixtisaslar açılacaq, plan yeri artırılacaq

Sənəd qəbulunda rekord ARTIM Yeni ixtisaslar açılacaq, plan yeri artırılacaq

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün günorta saatlarında başa çatır. Əvvəlki illərlə müqayisədə sənəd qəbulunda artım müşahidə edilib.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 128 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Qeyd edək ki, bu rəqəm əvvəlki illərlə müqayisədə rekord hesab edilir.

Belə ki, ötən il 115 245 abituriyent ərizəsini təsdiqləyib. 2023-cü ildə 107 188 abitutiyent, 2022-ci ildə isə bu rəqəm 99 538 abitutiyent ali məktəbə və kollecə qəbul olmaq arzusunu ifadə edib. Beləliklə, son 3 ildə tələbə olmaq istəyənlərin sayı 25 min nəfərdən çox artıb.

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu verənlərin sayı 124 min nəfərdən çox olub, ötən il bu göstərici 110 min nəfərdən çox idi.

Saytımıza açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali məktəblərə qəbulda ciddi rəqabət olacaq.

"Yaxşı xəbər odur ki, bu il ali məktəblərə qəbulda plan yerləri də artacaq. Bizim gözləntimiz 65 minə yaxın plan yeri ayrılacaq. Qarabağ Universitetində əlavə ixtisaslar açılacaq, Bakı Ali Neft Məktəbində maliyyə ixtisası açılacaq, həmçinin digər universitetlərdə də yeni ixtisaslar açılacaq. Bu yeni bir rəqabət mühitini formalaşdıracaq. Biz keçən illə müqayisə etdikdə fərqli rəqəmlər görə bilirik. 2024-cü ildə ali məktəblərə qəbul olmaq üçün 110 mindən çox insan sənəd vermişdi. Bu il bu say 125 mini keçib. Bu onu göstərir ki, məzunlarımızın sayında artım var, həmçinin insanlar ali təhsil almaqda daha çox maraqlıdırlar. Çünki əvvəllərdə orta ixtisas təhsili almış, yaxud digər təhsil pilləsini bitirmiş şəxslər artıq həmin diplomlarla əmək bazarında iş tapa bilmirlər. Onlar daha yuxarı təhsil pilləsinə getmək arzusundadırlar!.

Ekspert qeyd edib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində ən vacib məqam təhsilin əlçatanlılığının təmin edilməsidir:

“Bu gün insanlar görürlər ki, daha aşağı ballarla ali məktəblərə qəbul olmaq mümkündür. Plan yerlərini müqayisə edək, 2010-cu ildə ali məktəblərə qəbul plan yeri 29 min idi, 2024-cü ildə 58 minə qədər olub. Yəni 2 dəfəyə yaxın artıb. Məsələn 2010-cu ilə qədər ali məktəblərə qəbul olmaq daha çətin idi, qəbul ballar daha yüksək idi. İndi 4-cü ixtisas qrupunda 150 balla belə ali təhsil müəssisələrinə qəbul olmaq mümkündür. Yaxud 1-ci ixtisas qrupunda 170-180 balla tələbə adını qazanmaq mümkündür. Hətta bəzi dövlət universitetlərinə belə 160 balla qəbul olmaq mümkündür. Yəni insanlar artıq ali təhsilə əlçatanlığın mümkünlüyünü görürlər, fikirləşirlər ki, əmək bazarında uğurlu karyeraya sahib olmaq üçün mütləq ali təhsil almaq lazımdır. Biz kolleclər və universitetlər üzərində təhlil aparan zaman görürük ki, qəbulda ciddi şəkildə artım var”.

Onun sözlərinə görə, sənəd qəbulunda 25 minə yaxın artım yeni rəqabət mühiti yaradacaq.

"Xüsusilə 1-ci ixtisas qrupunda rəqabət gözlənilir. Proqnozumuza görə, bu ixtisas qrupunda ali məktəblərə qəbul olmaq istəyənlərin sayının 30 mini keçməsini gözləyirik. Bu da həmin ixtisasların əmək bazarında daha çox ehtiyac olması ilə bağlıdır. Kolleclərə gedənlərin də sayında ciddi artım görürük. Bunun da səbəbi Təhsil Haqqqında Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikdir. Belə ki, kollec məzunları imtahansız ali məktəblərə qəbul ola bilirlər”.

Müsahibimiz sonda vurğulayıb ki, builki ixtisas seçimində abituriyentlər diqqətli olmalıdırlar:

“Abituriyentlərin sayının artması müəyyən qədər ixtisas seçimində diqqətli olmağı məcbur edir. Keçən il sualların asan olması və 54 nəfərin maksimal nəticə əldə etməsi insanlarda bir motivasiya yaradır. Bu il də buna yaxın nəticə əldə ediləcək. Etiraf edək ki, keçən il suallar süni şəkildə asanlaşdırılmışdı. Bu il martın 2-də keçirilən imtahanlarda suallar o qədər də çətin deyildi. Mən düşünürəm ki, Dövlət İmtahanı Mərkəzi keçən ilkindən fərqli olaraq bu il blok imtahanlarını müəyyən qədər asanlaşdırmalıdır. Çünki keçən il plan yerləri ciddi şəkildə boş qaldı, bu il ali məktəblərə plan yerinin artdığını da nəzərə alsaq, qəbul balları ciddi fərqlənməyəcək. Sualların çətinlik səviyyəsi isə orta və asan olacaq. Blok imtahanlarını çətin və sərt etsək, keçid balını toplayanların sayı az olacaq və ali məktəblərin plan yerləri boş qalacaq. Bu da maliyyə itkisinə gətirib çıxaracaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see223

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see203

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see175

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see158

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see138

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see129

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri