Icma.az
close
up
RU
Sənədsiz evlərə “yaşıl işıq” Amnistiya yaxınlaşır

Sənədsiz evlərə “yaşıl işıq” Amnistiya yaxınlaşır

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Azərbaycanda illərdir müzakirə olunan sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsində mühüm irəliləyiş gözlənilir. Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, hökumət bu istiqamətdə konsepsiya üzərində işləri tamamlayır və amnistiya qərarı artıq gündəmdədir.

Musavat.com xəbər verir ki, deputat 1news.az-a bildirib ki, amnistiya 2 mərhələdə həyata keçiriləcək və nəticədə təxminən 100 min qeydiyyatsız ev sənədləşdiriləcək:

“Bu, yüz minlərlə ailəyə evlərini rəsmi şəkildə dövlət qeydiyyatına almaq imkanı verəcək”, – deyə Bayramov vurğulayıb. Lakin prosesin uzanmasının səbəbləri də var. Qeydiyyata düşəcək evlərin bir hissəsi təhlükəli zonalarda yerləşir – neft boru kəmərlərinin, iri dəmir yolu xətlərinin və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında inşa edilən evlərin sənədləşdirilməsi xüsusi yanaşma tələb edir. Bəzi hallarda elektrik xətləri yeraltı kabel ilə əvəz edilə bilər. Ancaq neft kəmərlərinə yaxın tikililər üzrə daha sərt təhlükəsizlik tədbirləri görülməlidir.

Deputat hesab edir ki, hökumət daxilində aparılan müzakirələr və əldə olunan razılıqlar yaxın vaxtlarda sənədsiz evlərin rəsmiləşdirilməsi prosesinin başlanacağına işarədir.

Musavat.com  mövzuya dair geniş şərhləri təqdim edir:

Musavat.com xatırladır ki, ötən ay isə digər deputat Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə sənədsiz evlər məsələsini qalıdırmışdı. Demişdi ki, Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur. Deputat qeyd etmişdi ki, regionlarda bu say daha da çoxdur:

“Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi”.

Deputat əlavə etmişdi ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması vəziyyəti daha da acınacaqlı edib: “Həmin evlərin böyük əksəriyyəti Balaxanı neft buruqlarından çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Sənədsiz evlərin problemi öz həllini tapmalıdır”.

Azərbaycan vətəndaşlarının illərdir üzləşdiyi əsas sosial-iqtisadi paradokslardan biri “kupça”sız evlər problemidir. Hazırda ölkədə yarım milyon Azərbaycan vətəndaşı evinə, torpağına “kupça” alacağı günü gözləyir. Bu absurd vəziyyət hələ də milyonlarla insanın hüquqi sabitliyini sual altına qoyur. Prezident İlham Əliyev “kupça” problemini dəfələrlə gündəmə gətirib. O, 2019-cu ilin dekabrında çıxışında açıq şəkildə demişdi: “Kupça”sız evlərə görə insanlar əziyyət çəkirlər. Biz bu məsələnin həllində çox çevik olmalıyıq... Hər bir vətəndaşın əmlakı rəsmiləşdirilməlidir!” Bu çıxışdan az sonra, 2020-ci il martın 4-də Prezident “Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, qeyri-rəsmi tikililərin və torpaq sahələrinin sənədləşməsi üçün yeni mexanizmlər tətbiq edilməli idi. Amma...

Bu gün, 2025-ci ilin avqustuna kimi həmin fərmanın icrasına dair real nəticələr hələ də cəmiyyətə hiss etdirilmir. Hələ də milyonlarla insan evində yaşayır, amma çıxarışı, yəni “kupça”sı yoxdur.

Rəsmi hesablamalara görə, hazırda ölkədə 1.2 milyondan çox yaşayış və qeyri-yaşayış sahəsi “kupça”sızdır. Bu, daşınmaz əmlakların 30 faizindən çoxudur. Əmlak vergisi “kupça”ya əsasən hesablandığı üçün bu o deməkdir ki, dövlət hər il 100 milyonlarla manat vergi gəlirindən məhrum olur. Azərbaycan Dövlət İqtisad Universitetinin ekspertlərinin hesablamasına görə, əgər bütün daşınmaz əmlak “kupça”lanarsa, dövlət illik minimum 250 milyon manat əlavə gəlir əldə edə bilər. Bu, təxminən 5 rayonda infrastruktur layihələrini maliyyələşdirmək üçün kifayət edər. “Kupça” problemi təkcə sənəd deyil, həm də hüquq və təhlükəsizlik məsələsidir. “Kupça”sız ev hüquqsuz və zəmanətsiz evdir. Heç bir bank “kupça”sız evə kredit vermir. Heç bir məhkəmə “kupça”sız evə hüquqi toxunulmazlıq tanımır. Və heç bir sığorta şirkəti belə evləri etibarlı sayıb sığortalamır. Hələ bu azmış kimi, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və tikinti mafiyasının maraqları üst-üstə düşəndə “kupça”sız evin sökülməsi an məsələsi olur. Əmlak Məsələləri Dövlət Xidmətinin əsas funksiyası daşınmaz əmlakın qeydiyyatı, “kupça”ların verilməsi, torpaq islahatları və əmlak idarəçiliyidir. İllərdir “elektron xidmət”, “sadələşdirilmiş prosedur” adı altında yüzlərlə kampaniya keçirilsə də, milyonlarla vətəndaşın “kupça” problemi həllini tapmayıb. Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci ildən İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Xidmət İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləndən sonra gözləntilər vardı ki, ortaya sistemli yanaşma qoyulacaq. Çox təəssüf ki, hələ də bu gözləntilər doğrulmayıb. “Kupça” məsələsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də keçir. Bu dövlət orqanı tikinti sənədlərinin və planlarının təsdiqi məsələlərinə cavabdehdir. Yeni tikililərin çoxunun “kupça”sız qalmasında bu qurumun “bürokratiyası” və qeyri-şəffaf mexanizmləri də müstəsna rol oynayır. Əhalinin çoxu torpaq alqı-satqısını bələdiyyə aktı ilə həyata keçirir. Amma bu sənəd yalnız bələdiyyə səviyyəsində keçərlidir. Dövlət qeydiyyatı olmadığı üçün “kupça” verilmir. Bəzi hallarda bələdiyyə torpağı adlandırılan sahələr 10-15 il öncə özbaşına satılıb, bu gün bu ərazilərin sənədləşdirilməsi də bu səbəblə aparılmır. “Kupça” məsələsi təkcə bir sənədin yoxluğu deyil. Bu, vətəndaşın dövlətə inamının yoxluğu, hüquqlarının pozulması və iqtisadi ədalətsizliyin göstəricisidir. Prezidentin sərəncamları nəhayət ki, tətbiq olunmalı, xalqın “kupça” haqqı gerçəkləşməlidir. Əgər dövlət orqanları bir evin hüquqi statusunu 20 ilə həll edə bilmirsə, hansı inkişafdan danışmaq olar? Əmlak varsa, əmlaka dair sənədi də dövlət vətəndaşa təqdim etməlidir. Vətəndaş varsa, hüququ da tanınmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri