Icma.az
close
up
RU
“Səni unutmaq günahdır, amma unuduldun....” Xalq artisti

“Səni unutmaq günahdır, amma unuduldun....” Xalq artisti

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalq artisti Naibə Allahverdiyeva ögey atası, milli azadlıq mübarizəsinin simvolik şəxsiyyətlərindən biri olan Cahid Hilaloğlu haqqında duyğulu paylaşım edib.

Moderator.az xəbər verir ki, tanınmış aktrisa sosial şəbəkə hesabında atasının xatirəsini yad edərək bunları yazıb:“Səni unutmaq günahdır, amma unuduldun. Məhz bu gün – 28 may 1957-ci ildə Azərbaycanın üçrəngli bayrağını Qız qalasına ucaltdın. Bu addım Azərbaycan tarixinin ən cəsarətli addımlarından biri idi. Buna görə 10 il müddətinə azadlıqdan məhrum edilərək sürgünə göndərildin. Əzablar içində yaşadın, amma Vətən sevgisi səni əqidəndən döndərə bilmədi.

Sürgündən sonrakı həyatın da məşəqqətlərlə keçdi. Hər ay "KQB"-yə çağırılmağın, orada təzyiq və zorakılığa məruz qalmağın bu gün də gözlərimin önündədir. Bilirəm, bəlkə də ruhun bizdən inciyir. Amma əmin ol ki, qəlbində Vətən sevgisi daşıyan insanların yaddaşında hər zaman yaşayacaqsan, əziz atam Cahid Hilaloğlu...”

Qeyd edək ki, Cahid Hilaloğlu sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan biri olub. O, 1957-ci il mayın 28-də — nın 39-cu ildönümündə Sovet hakimiyyətinə etiraz əlaməti olaraq Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərinə sancıb. Bu cəsarətli addımına görə o, 10 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin siyasi fəaliyyət hüququndan məhrum olunaraq ağır təqiblərlə üzləşib. Buna baxmayaraq, Cahid Hilaloğlu həyatının sonuna qədər milli ideallarına sadiq qalıb.

Xatırladaq ki, Cahid Hilaloğlu Xalq artisti Naibə Allahverdiyevanın ögey atası olub və onun həyatında mühüm rol oynayıb. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 May 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri