Icma.az
close
up
RU
Sənin ağac qədər də etibarın yoxdumu, Əlisəmid?! Günün şeiri

Sənin ağac qədər də etibarın yoxdumu, Əlisəmid?! Günün şeiri

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Gülnarə Cəmaləddinin "Şair elə belə ölür, Əlisəmid" şeirini təqdim edir.

Mən səni yazdıqlarından tanıyırdım,

"Kentavr" kimi qalmışdın ağlımda.

Bir də şair dostların

dəliliyindən danışmışdılar

yanımda, nə vaxtsa.

Bilirdim dünyanın kür uşağı olduğunu,

Əslində şair elə belə olur, Əlisəmid.

Şair laylaya yatdısa,

adam satdısa,

yaşamaq ağlına batdısa,

ondan nə adam olar,

nə də şair, Əlisəmid.

Kürlüyünlə qaldın çoxunun yadında,

şeirlərindən,

ağrılarından

kimsənin xəbəri olmadı, amma.

Şairlərin çoxu baharda gəlir,

Sən qışla baharın arasında

gəlmişdin dünyaya.

Payız şairlərin fəslidi əslində,

Niyə quşlar kimi

payızda tərk elədin ömrü,

Sənin ağac qədər də

etibarın yoxdumu, Əlisəmid?!

Axı ağaclar baharda yenidən çiçəkləyir.

Yoxsa, baharı gözləməyə

hövsələnmi çatmadı?!

İndi hamı

səndən yazır,

səndən danışır.

Kimə gərək innən belə

ha danışıb,

ha yazsınlar?!

Sən ki görməyəcəksən,

sən ki eşitməyəcəksən,

sən ki bilməyəcəksən.

Sən ki bir də qayıdıb

geri gəlmiyəcəksən.

Dünyanın kür uşağıydın,

ipə-sapa yatmayan,

bu dünya nağılı ağlına batmayan,

Dəli-dolu oğuluydun.

Ölümüylə çiling-ağac oynayırdın,

vecinə almırdın ömürü, baxtı.

Nə hay saldın,

nə kimsədən kömək umdun.

Səssiz-səssiz,

için-için,

gözlərini qəfil yumdun,

Şair elə belə ölür, Əlisəmid.

"Ədəbiyyat qəzeti"

"Qaraca qız"ın premyerası olub Amerikanın ən məşhur mediumu - O, hansı metodla gələcəkdən xəbər verirdi? Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:323
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri