Şenol Güneş yenidən Türkiyə millisinin baş məşqçisi ola bilər
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tanınmış mütəxəssis Şenol Güneş yenidən Türkiyə millisinin baş məşqçisi postunu tuta bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Türkiyə Futbol Federasiyası (TFF) noyabr ayında UEFA Millətlər Liqasında Belçika və Fransa ilə keçiriləcək oyunlarda yığmanı müvəqqəti olaraq yerli çalışdırıcıya tapşırmağı planlaşdırılır.
Şenol Güneş iki fərqli dövrdə milli komandanı çalışdırıb. "Ay-ulduzlular" DÇ-2002-də mütəxəssisin rəhbərliyi altında mundialın bürünc medallarını qazanıblar. Təcrübəli mütəxəssis son olaraq "Trabzonspor"da baş məşqçi kimi çalışıb və 2025-ci ilin martında vəzifəsindən ayrılıb.
Qeyd edək ki, italiyalı məşqçi Vinçenzo Montella ilə yollarını ayıran TFF yığmanı gənc çalışdırıcı Arda Turana tapşırmağı hədəfləmişdi. 39 yaşlı məşqçi isə "Şaxtyor Donetsk"dən ayrılmaq istəmədiyini bildirərək, yığmaya rəhbərlik etmək planlarının olmadığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















