Şenol Güneş “Trabzonspor”un başına gətirilir
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Avropa Liqasında “Ferentsvaroş”a, Türkiyə Super Liqasında isə “Amedspor”a ardıcıl məğlubiyyətlərdən sonra Fatih Təkke ilə yollarını ayıran “Trabzonspor”da baş məşqçi axtarışları davam edir.
İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Trabzon klubunun əsas namizdi və danışıqlar apardığı Şenol Güneşdir.
“Trabzonspor” eyni zamanda məşqçi heyətinin strukturunu da gücləndirir. Klubun yetirməsi və vaxtilə bordo-mavili formanı geyinmiş Ergin Keleşlə klub məşqçisi kimi çalışması barədə razılıq əldə olunub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Keleş “Kastamonuspor”a rəhbərlik edib. O, son olaraq “Gənclərbirliyi”ndə Metin Diyadinin məşqçilər korpusunda fəaliyyət göstərib.
Rəhbərliyin baş məşqçi məsələsində qəbul etdiyi ən konkret qərar isə yeni çalışdırıcının yerli və ya əcnəbi olmasından asılı olmayaraq Hüseyn Çimşir və Ergin Keleşin onun məşqçilər korpusunda fəaliyyətlərini davam etdirməsidir.
Şenol Günəşlə bağlı isə diqqətçəkən variant müzakirə olunur. Rəhbərliyin bir hissəsi əcnəbi məşqçilərin yüksək maliyyə tələblərini və Super Liqanı kifayət qədər tanımamaq riskini nəzərə alaraq təcrübəli mütəxəssisə müsbət yanaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Sentyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















