Icma.az
close
up
RU
Sentyabrda da ərzaq məhsullarının qiyməti bahalaşıb Ən çox artım bu qidalarda qeydə alınıb

Sentyabrda da ərzaq məhsullarının qiyməti bahalaşıb Ən çox artım bu qidalarda qeydə alınıb

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin sentyabr ayında Azərbaycanda ərzaq bazarında qiymət artımı yaşanıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, əvvəlki ayla müqayisədə bir sıra əsas qida məhsulları bahalaşıb.

Ən çox qiymət artımı mal və qoyun ətində, balıq və balıq məhsullarında, yumurtada, xama, kəsmik və kərə yağında, eləcə də armud, şaftalı, qoz, fındıq kimi mövsümi meyvə və çərəzlərdə müşahidə olunub. Tərəvəz məhsulları arasında isə ağ kələm, pomidor, xiyar, bibər, badımcan, göy lobya, çuğundur, yerkökü, sarımsaq və kartofun qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

Digər tərəfdən, limon, banan, alma, üzüm və soğanın qiymətlərində azalma qeydə alınıb.

Rəsmi statistikaya görə, sentyabrda qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-sentyabr dövründə isə ötən ilin eyni aylarına nisbətən 102,6 faiz təşkil edib.

Bu kateqoriyada mebel, avtomobil ehtiyat hissələri, şəxsi gigiyena vasitələri, dəftərxana ləvazimatları və zərgərlik məmulatları bahalaşan məhsullar sırasında olub. Əvəzində, yay geyimlərinin qiymətləri bir qədər ucuzlaşıb.

Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər də artım yaşanıb. Sentyabrda bu indeks əvvəlki aya nisbətən 100,6 faiz, ilin əvvəlindən bəri isə ötən ilin eyni dövrünə nisbətən 106,8 faiz olub.

Bahalaşma əsasən ali və orta ixtisas təhsili müəssisələrində tədris haqlarının, xarici dil və abituriyent hazırlığı kurslarının, kirayə mənzillərin və bərbərxana xidmətlərinin qiymət artımı ilə bağlı olub. Əvəzində, beynəlxalq hava daşımalarında qiymət enişi müşahidə edilib.

Ümumilikdə, 2025-ci ilin sentyabr ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu artımın 7,9 faizi qida məhsulları, içkilər və tütün məmulatları ilə, 2,4 faizi qeyri-qida məhsulları, 5,3 faizi isə ödənişli xidmətlərlə bağlı olub.

Maraqlıdır ki, ötən ilin sentyabrında bu göstərici cəmi 3,5 faiz təşkil etmişdi. Bu isə son bir ildə inflyasiya tempinin artdığını göstərir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri