SEPAH ABŞ ilə savaşı bitirməyə hazırlaşır? Açıqlama
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
SEPAH-ın ABŞ-la hərbi qarşıdurmanın başa çata biləcəyi ilə bağlı açıqlaması fonunda bu mesajın real diplomatik yumşalma ehtimalı yaradıb-yaratmadığı müzakirə olunur. Son dövrlərdə isə SEPAH ABŞ-yə qarşı sərt mövqeyini və uzunmüddətli qarşıdurmaya hazır olduğunu bildirən açıqlamalar verib.
Bəs SEPAH-ın bu açıqlaması ABŞ-İran qarşıdurmasında real dönüş siqnalı sayıla bilərmi?
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasındakı savaşın yaxın müddətdə sona çatmaq ehtimalı o qədər də inandırıcı görünmür.
Onun sözlərinə görə, tərəflər dəfələrlə belə açıqlamalar verib və savaşın sona çatması ehtimalından danışıblar:
“Hətta prezident Donald Tramp da bu barədə dəfələrlə bəyanatlar verib, amma heç biri reallaşmayıb.
SEPAH İranda sərt xəttin, mühafizəkar qanadın əsas zərbə qüvvəsidir və hakimiyyətin aqressiv qanadını təmsil edir. Bu hakimiyyət qanadı həmişə Amerika Birləşmiş Ştatlarına qarşı sərt xəttin tərəfdarı olub. Ancaq son vaxtlar İranın düşdüyü vəziyyət böyük ehtimalla SEPAH-ı da mövqeyini nisbətən yumşaltmaq məcburiyyətində qoyur.
Ancaq ümumi situasiya ondan ibarətdir ki, hələlik sülhlə bağlı ehtimal qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla, hər iki tərəfin müvəqqəti fasiləyə ehtiyacı var. Ancaq bu fasilə yalnız müvəqqəti ola bilər. Çünki hər iki tərəfin hədəfləri reallaşmayıb”.
Politoloq əlavə edib ki, Amerika Birləşmiş Ştatları İranın nüvə proqramını hələlik ləğv etməyə nail olmayıb. Eyni zamanda, Hörmüz boğazında yaranmış vəziyyət də Amerika Birləşmiş Ştatlarının maraqlarını tam ifadə etmir:
“Böyük ehtimalla, Ağ Ev Hörmüz boğazını tamamilə İranın nəzarətindən çıxarıb öz nəzarəti altına almaq hədəfini qarşısına qoyub. Hazırda İran blokada şəraitinə doğru sürüklənir. İranın iqtisadi-ticari fəaliyyətinin bloklanması prosesi gedir və belə bir proses də, təbii ki, İranda ciddi sosial-iqtisadi, eyni zamanda siyasi, hətta ideoloji böhranın yaranmasına yol açır. Təbii ki, belə bir vəziyyətdə ola bilsin ki, SEPAH da vəziyyətin yumşaldılmasında maraqlı olmağa başlayıb.
Ancaq hətta sülh sazişi imzalanmış olsa belə, böyük ehtimalla, bu savaş hələ bir müddət davam edəcək. Müşahidələr göstərir ki, atəşkəs barədə sənədlər imzalansa da, həmin sənədin müddəti uzadılsa da, qarşılıqlı hərbi zərbələr vaxtaşırı davam edir. Bu da onu göstərir ki, qarşı duran tərəflər hələ öz hədəflərinə çatana qədər savaşı davam etdirmək niyyətindədirlər.
Xüsusilə də Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə xüsusi strategiya üzrə hərəkət edir və bu strategiyanın reallaşmasına qədər savaşın davam etdirilməsi potensialı barədə araşdırmalar aparır.
Sadəcə, hazırda ABŞ-da keçiriləcək aralıq seçkilərinin yaxınlaşması Tramp administrasiyasına daha sərt və qətiyyətli addımlar atmaqda problemlər yaradır. Böyük ehtimalla, aralıq seçkilərindən sonra Tramp administrasiyasının Yaxın Şərqdə daha aqressiv hərbi siyasət yürüdə biləcəyi qətiyyən istisna deyil”, - deyə Elçin Xalidbəyli fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Putin müharibəni bitirməyə hazırlaşır Analitikdən gözlənilməz açıqlama
21 İyul 2025 10:34
SEPAH dan ABŞ la danışıqlar barədə açıqlama
27 Aprel 2026 11:37
SEPAH ABŞ ilə çoxillik müharibəyə hazırlaşır
13 Avqust 2026 15:03
ABŞ İrana hücuma hazırlaşır: Pentaqondan açıqlama
02 İyul 2025 15:58
SEPAH dan Rusiya barədə açıqlama
06 İyul 2026 12:18
Baxış sayı:97
Bu xəbər 11 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları