Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Şərab alverçisi necə akademik oldu? KÖŞƏ

Şərab alverçisi necə akademik oldu? KÖŞƏ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünyanın gərdişi belədir: Birisi vəzifəli, digəri imkanlı sahibkar, başqa birisi isə kasıb, zəlil gündə ömür sürməyə məhkum olan insan. Halbuki, varlısı da, kasıbı da dünyaya insan olaraq gəlir. Lakin yazılan yazının gücünə görə, biri bər-bəzəkli villalarda yaşayır, digəri üstü açıq daxmalarda ömür sürür. Lakin öləndə hər ikisinin qazancı bir-iki metr ağ kəfən olur. Əndərəbadi məxluqlar isə bunun fərqində deyillər, çalırlar-çapırlar, xalqa məxsus olan varidatı ələ keçirib, ətraf aləm də barmaqla sayılan şişman məxluq olurlar. Az qala yetmiş yeddi arxa dönəmlərinə bəs edə biləcək var-dövlət toplasalar da, yenə də gözləri doymur, istəkləri, arzuları da “bəsdir” deməyə imkan vermir. Hansı savadlarına, bilik və bacarıqlarına görə üstün şəxslərə çevriliblər? Birmənalı şəkildə demək olar ki, heç bir fərqli bilik və bacarıqlara malik deyillər. Sadəcə, bəxtləri və şansları gətirib və vəzifə kreslosuna sahib olublar. Əyləşdikləri vəzifə kreslosunun yüksək gücünə və səlahiyyətinə arxalanıb, özlərinə biznes imperiyası qurublar.

Özlərini Bill Qeyts, İlon Mask və digər milyarderlərdən heç də zəif hesab etməyən məxluqlar ali dövlət vəzifələrini tutmaqla yanaşı hərəsi bir elm ocağının müxtəlif vəzifələrini də qamarlayıblar. Fikir verin, vətənə xəyanətdə, dövlət çevrilişinə cəhdd maddələri ilə haqqında cinayət işi qaldırılaraq həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və dəstəsinin üzvləri olan sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, Azərbaycan Prezidentinin keçmiş Mətbuat katibi Azər Qasımov, keçmiş Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov, XİN rəhbəri Elmar Məmmədyarov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov və digərlərinin arasında müxtəlif universitetlərin kafedra müdirləri, dekan müavinləri, müəllimlər, hətta AMEA-nın üzvü olan şəxslər var. Bununla yanaşı, Milli Məclisin deputatlarının demək olar ki, əksər hissəsi elmi dərəcələrə malikdirlər. Hansını dilləndirsən deyəcək ki, "elmlər doktoruyam", ən azı elmlər namizədi olduğu üzə çıxacaq. Elə məxluqat da var ki, bir neçə vəzifə sahibdirlər və qamarladıqları sahələrdən aylıq ödənişlərdə alırlar. Deyək ki, biri dövlət vəzifəsini daşıyır, həm də Universitet də kafedra müdiridir, elmi dərəcəyə sahibdir, eyni zamanda, hansısa dövlər kaolisiyasında təmsil olunur, komitə üzvüdür, beynəlxalq təşkilatlarda təmsilçidir. Adamlara deyən lazımdır ki, sizlər hansı istedada, necə bir yüksək biliyə, bacarığa, idarəetmə qabiliyyətinə maliksiniz? Digər tərəfdən, bir insan necə bu qədər genişmiqyaslı işlərin öhdəisindən gələ bilər? Vallahi-billahi sözün bitdiyi yerdir, adamın matı-qutu quruyur.

Ramiz Mehdiyev və dəstəsi ifşa olunduqdan sonra onların göz qamaşdıran, baş gicəlləndirən var -dövlətlərinin siyahısı üzə çıxdı. Məlum oldu ki, bu şəxslər vəzifədə olarkən büdcəni talamaqla, rüşvət almaqla məşğul olublar. Ramiz Mehdiyevdən, Əli Həsənovdan sonra cəmiyyətdə şərab alverçisi kimi tanınan BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri,, həm də elmlər doktoru, professor, eləcə də biznesmen, eyni zamanda bacarıqlı iş adamı Abel Məhərrəmovunda kasıb, biçarə insanları dəhşətə gətiriən əmlakının siyahısı dərc olunub. Mətbuatda dərc olunan siyahı belədir: 1. "El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib. 2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596).3. "İzabella” Şadlıq Sarayı - Bakıda "Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında qiymətləndirilir.4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında qiymətləndirilir.5. "Sahil” Ticarət Mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)

Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı: 1. "Lamborgini”2. "Bentli”3. "Porsşe Cayenne” 4. "Land Rover” 5. "Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində qiymətləndirilir) 6. "Audi Q7” 7. "Audi Q8” (Son model, qiyməti 450 min avro) 8. "Mersedes Gelandevagen” (qiyməti 250 min avro) 9. BMV X6 (son model - qiyməti 200 min avro) 10. BMV -760” (qiyməti 400 min avro) Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı: 1. Binəqədidə "Vorovski" deyilən ərazidə 2 villa; 2. Quba rayonunda 1 villa;3. Xızı rayonunda 1 villa; 4. Nabranda 1 villa; 5. Şüvəlan qəsəbəsində 1 villa; 6. Mərdəkan qəsəbəsində 1 villa;7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;8. Şərifzadə küçəsində yerləşən ev.9. Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.10. 8-ci mikrorayonda daha bir restoranı 11. N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil”.

Mətbuatda yazılanlara görə, Abel Məhərrəmovun əmlakının siyahısı daha genişdir. Sadəcə, insanlar arasında vahimə yarana biləcəyindən ehtiyat edildiyindən siyahı ixtisarla dərc olunub. Həqiqətəndə dəhşətli mənzərdəir. Bu şəxs rektor olub, Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, bir qədər əvvəl isə adı İspaniyaya şərab apararkən yolda yaxalnması ilə bağlı ciddi və əsaslı məlumatlar yayıldı. Bəlli oldu ki, A.Məhərrəmov rektor və ondan əvvəl deputat olduğu dönəmlərində əsas gəlir mənbələrindən biri də şərab alveri olub. Elə şərab alverinin dozasından vəcdə gəlib, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki statusuna yüksəlib. İndi də öz peşəsini davam etdirdiyi deyilir. Olsun, insan hansısa işlə məşğul olmaldır. Lakin əlində necə deyərlər bir qarpız tutmaq işin xeyrinə olar. Ya dövlət vəzifəsi daşı, ya elm fədaisi ol, ya da ki, biznesmen olmağa çalışır. Bu yer də İngilis yazıçısı, məşhur “Robinzon Kruzo” əsərinin müəllifi Daniel Defonun bir fikri yadıma düşdü: “İnsanlar səhvlərini xoşbəxtkən deyil ancaq bədbəxtkən anlar”.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri