Icma.az
close
up
RU
Şərab şüşəsində saxlanan zaman

Şərab şüşəsində saxlanan zaman

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rey Bredberinin “Zəncirotu çaxırı” romanı haqqında

Onu fantast yazıçı adlandırırlar, ancaq ona qalsa, gərək Füzuli də fantast şair sayıla. Bredberinin fantaziyası elmi yox, bədii fantaziyadır, onun fantastik çevrilmələri poetik təxəyyülün uçurduğu xəyallar, qanadı çıxmış obrazlardır, onun reallığı aşan gedişləri şairanə təşbehlər, gerçəkliyin çərçivəsini qırıb ədəbi şərtilik müstəvisində at oynadan fantasmaqoriyalardır.

Yazıçının gələcəyə dartınan xəyalları arasında çin çıxanı da var, çıxmayanı da. İnsafən o özü də elmiliyə çox meyilli, iddialı deyildi, texnikadan qaçırdı, gəncliyində gözünün qabağında baş vermiş ağır avtomobil qəzasından sarsıldığına görə uzun ömrü boyu bir dəfə də sükan arxasına keçməmişdi, təyyarəyə yalnız altmış iki yaşında minmişdi. Nə olsun ki, Marsda həyat tapılmadı, onun “Mars xronikaları” silsiləsi bu gün də maraqla oxunur, çünki orada çılpaq planetdən yox, min rəngli insan sifətindən, min sifətli insan xislətindən danışılır. Bizim planetimiz də, başqa planetlər də bu insandan ötrü yalnız fondur.

Bizdə çoxu onu antiutopiya janrında yazılmış “Farengeyt üzrə 451 dərəcə” (yeri gəlmişkən, bu əsərdəki elmi təsbitində də yazıçı yanlışa yol verib) romanına görə tanıyır. Uzun sürmüş yaradıcılığı boyunca adını çəkdiklərimdən başqa daha bir neçə roman, onlarla pyes, yüzlərlə hekayə yazmış olsa da, Rey Bredberi ədəbiyyat aləmində ilk növbədə avtobioqrafik detallarla zəngin “Zəncirotu çaxırı” romanına görə tanınır. Bəri başdan deyim ki, mən bizim torpaqların da bol-bol bəsləyib ətə-qana doldurduğu bu bitkidən alınma şərabı görməmişəm, ümumiyyətlə, zəncirotudan şərab çəkilib-çəkilmədiyini bilmirəm (deyilənə görə, belə bir şərab növü var), ancaq bunu bilirəm ki, ölkəmizin bəzi bölgələrində cürbəcür bitkilərdən, məsələn, nanədən, pişpişədən çəkilən cövhərə “nanə arağı”, “pişpişə arağı” deyirlər, ola bilsin, zəncirotunun adına qoşulmuş “çaxır” sözü də bu sayaq rəmzi məna daşıyır, bitkidən çəkilən cövhəri ifadə eləmək üçün işlənir.

***

Romanın kompozisiyası olduqca sadədir; əsərdə 1928-ci ilin yay tətili boyunca baş vermiş hadisələr xronoloji ardıcıllıqla nəql olunur, oxucunun gözü qarşısında cürbəcür təbiət mənzərələri, həyat hekayələri, insan xarakterləri canlanır. Bu hekayələr süjet baxımından bir-birindən, demək olar, asılı deyil, hər biri müstəqil oxuna bilər. Ayrı-ayrı hekayələri bir sapa düzən isə bu hekayələrdə baş verənlərə əsasən eyni bucaqdan - müəllifin alter-eqosu on iki yaşlı Duqlas Spoldinqin (Duqlas yazıçının ikinci adı, Spoldinq nənəsinin soyadı idi) gözüylə baxılmasıdır. Meterlinkin “Göy quş”u, Ekzüperinin “Balaca şahzadə”si kimi Bredberinin romanı da uşaqlardan danışmağına baxmayaraq uşaq ədəbiyyatı sayıla bilməz.

1928-ci ilin ilk yay səhərini bu məktəbli oğlan babasının İllinoys ştatının iyirmi altı min nəfərdən çox sakini olan Qrintaun şəhərciyindəki yaraşıqlı evinin üst mərtəbəsində açır. Uşaq vaxtı hər tətildə kəndə qaçan baba-nənə uşağı kimi mən gözlərini belə bir səhərə açmağın nə qədər böyük xoşbəxtlik olduğunu yaxşı bilirəm. Pəncərədən eşiyə boylanan Duqlas əllərini sehirbaz kimi havada oynadır, guya dan yeri onun hökmüylə ağarır, şəhər əhli onun göstərişiylə yuxudan oyanıb yeni günə başlayır.

O səhər Duqlas atası, bir də on yaşlı kiçik qardaşı Tomla birgə meşəyə cır üzüm yığmağa gedir. Orada oğlanı gur həyat axınının şirin dalğası vurur, damarda qanının necə oynadığını, əzələlərinin necə gərildiyini ləzzətlə hiss eləyən Duqlas evə sərxoş kimi qayıdır. Uşaq ilk dəfə öz varlığına sevinir, sağ olduğunu, diri olduğunu ilk dəfə təsbit eləyir, bu təsbitini dönə-dönə təkrarlayır. İlıq yayın kəramətiylə on iki yaşlı oğlanın cismi oyanır, qırışığı açılır, o, həyatın dadını duymağa başlayır.

***

Tezliklə zəncirotu çiçək açır, göy çəmənlər qızılı rəngə boyanır. Uşaqlar bu çiçəkləri toplayıb babalarına daşıyırlar, baba hər torbaya görə onlara on sent mükafat verir. Sonra kişi zirzəmidəki xüsusi qurğuyla zəncirotunun canını gövdəsindən ayırır, çiçəyin cövhərini çıxarır. Zəncirotu çaxırı - axan zamanın içində əllə tutulan, tora salınan, şüşələrə doldurulub ağzı bərk-bərk tıxanan yaydır. Uşaqlar hər gün çəməndən zəncirotu yığırlar, baba da hər günün çiçəyindən şərab çəkib ayrıca şüşəyə doldurur, üstünə tarixini yazır. Beləcə, onlar ilıq yay günlərini bir-bir tutub şüşəyə salırlar, ələ gəlməyən zamanı maddiləşdirib görünən, qoxuyan, dadan bir hala gətirirlər.

Bu şərabın canında ucqar dağ göllərinin saf damlaları, məxmər çəmənliklərin dumduru şehi, buludları qovan yellərin təmiz nəfəsi, göydən yerə şığıyan şimşəklərin bakirə enerjisi, isti yay günəşinin kəhrəba şirəsi, oyanmış torpağın yuxulu yaddaşı var. Qışda bu şüşələrin ağzı açıldıqca qarla-buzla örtünmüş yerin üstünə, zəhmli qara buludların altına təptəzə yay doğacaq - qar əriyəcək, altından yaşıl otlar boy göstərəcək, göyün üzü açılacaq, ağaclar, yarpaqlar, çiçəklər, kəpənəklər gün üzünə çıxacaq. Ötən yayın parlaq cövhəri qədəhlərə süzüləcək, soyuqdan xəstə düşənlər bu möcüzəli iksirdən - isti yaydan qurtumladıqca şəfa tapacaqlar, sözün gerçək mənasında yayın dadını çıxaracaq, şirəsini çəkəcəklər.

Göründüyü kimi, Rey Bredberi zəncirotu şərabını panteistik metamorfozların simvoluna çevirib, ana təbiətin bəsləyib boya-başa çatdırdığı min ünsürü bir qaba yığıb. Belə çıxır ki, o qablarda sayrışan bir tək zəncirotunun yox, cəmi təbiətin cövhəridir.

***

Çiçək yığmağa gedəndə Duqlas Con Haf, Çarli Vudmen adlı tay-tuşlarıyla rastlaşır. “Yay uşaqları” əvvəl şəhərdə, sonra da şəhər kənarında gəzintiyə çıxırlar, sivilizasiyanı təbiətdən ayıran sirli-sehirli dərə onları özünə çəkir. Bura şəhərlə meşənin, mədəni aləmlə vəhşi aləmin sərhədidir, burada insanla təbiət daimi müharibə vəziyyətindədir. Bilmək olmur, təbiət sərhədi pozub sivilizasiyanın içərilərinə doğru kök atır, yoxsa insan təbiətin ərazisinə soxulub onu qarış-qarış zəbt eləyir.

Yayın ikinci günü Duqlasın qarşısında daha bir məsələ durur: yeni tennis ayaqqabıları almaq. Keçənilki ayaqqabılar artıq heydən düşüb, tənbəlləşib, öz sehrini itirib, balaca qəhrəmanın qanadlı xəyallarıyla ayaqlaşmaq hünərində deyil. Yeni tennis başmaqlarısa Duqlasın təbiətlə vəhdətini bərpa eləyir, maral dərisinin qaxacımış əzələləri oyanıb-dingildəyib onun yerişinə təkan verir, gücünə güc qatır. Uşağın ana torpaqla birbaşa təması yaranır. Həmin gün Duqlas özünə bir bloknot da alıb gündəlik tutmağa başlayır, zamanı bir də bu yolla əlində-ovcunda saxlamağa çalışır.

Üçüncü gün baba nəvələrindən ötrü yelləncək asır, yayı bir az da dadlandırır. Nəvələriylə birgə tütün dükanının yanından keçəndə o, bura yığışmış kişilərə deyir ki, qorxunc silahların dağıdıcı gücündən danışmaqdansa xoşbəxtlik maşını icad eləmək barədə düşünün. Bu təklif şəhərin zərgəri Leo Aufmanın ağlına batır.

Bu arada Tom da özünə görə kəşf eləyir. Bir axşam Duqlas evə qayıtmayanda anası onu da götürüb böyük oğlunu soraqlamağa gedir. Neçə vaxtdır adamlar arasında şayiə gəzir ki, meşəni şəhərdən ayıran dərəyə insan qanına yerikləyən manyak dadanıb, tez-tez şəhərə adam ovuna çıxır. Onu yanına salıb toranlıqda övladını dörd gözlə axtaran həyəcanlı anasının necə uçunduğunu, onun barmaqlarını sıxan əlin necə titrədiyini duyan Tom anlayır ki, insan dünyada təkdir, hər kəsin qisməti budur, ölümsə doğma adamın getdiyi yerdən qayıtmamasıdır. Uşağı qaramat basmaqdaykən o, qaranlıqdan qardaşının səsini eşidir, elə bu vaxt zülmət xofu qara duman kimi dağılır.

Baba ot çalan dəryazın səsi altında yuxuya getməyi xoşlayır. Günün birində Spoldinqlərin həyətini ara-sıra biçən gənc jurnalist Bill Forester özüylə yeni ot toxumu gətirir - bu toxumdan cücərən ot bir az boy verəndən sonra uzanmayacaq, onu tez-tez biçməyə ehtiyac qalmayacaq. Bunu biləndə baba qəzəblənib özündən çıxır, Foresterin haqqını ödəyib ona bərk-bərk tapşırır ki, bic toxumları onun həyət-bacasından uzaq eləsin. Belə görünür insan-təbiət savaşında baba təbiətin, təbiiliyin tərəfindədir.

F.Uğurlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see394

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see332

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see325

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see297

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see256

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see236

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see209

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see187

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see177

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see176

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see173

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see166

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see162

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see158

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri