Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan şəhərində – İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
AZXEBER.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışa şəhər və rayonlardan ümumilikdə 75 idmançı qatılıb.
2008-2010-cu il təvəllüdlüləri əhatə edən birincilikdə iştirakçılar 10 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Nəticələrə gəlincə, Ələkbər Əsgərov, Seymur Həsənov, Əlican Nəcəfov, Polad Əhmədov, Hüseyn Rəcəbli, Tayson Xudadanov, Şulan Bayramov, Həsən Oktyabrski, Əli Oktyabrski və Əli Mirzəli müvafiq çəki dərəcələri üzrə birinci olublar.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib. İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.
Yarış böyüməkdə olan gənc nəsli idmana təşviq etməklə zərərli vərdişlərdən yayındırmaq, muxtar respublikada güləş idman növünün inkişafına töhfə vermək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Dekabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















