Icma.az
close
up
RU
Serbiya prezidenti ABŞın “Şimal axını”nı almaq niyyətini açıqlayıb

Serbiya prezidenti ABŞın “Şimal axını”nı almaq niyyətini açıqlayıb

Gələn il ABŞ hakimiyyəti Rusiya ilə enerji məsələsi üzrə danışıqlara başlaya bilər və bu danışıqlar zamanı Vaşinqton Avropa İttifaqı (Aİ) ölkələrini manipulyasiya etmək üçün “Şimal axını” qaz kəmərini almaq niyyətini bəyan edəcək.

Bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç məlumat verib.

“Onda deyəcəklər ki, qazı ruslardan ala bilərlər, ancaq amerikalı treyder vasitəsilə. Sonra bütün Avropa ölkələri bu qazı amerikalılardan alacaq”, - Vuçiç RTS telekanalında qeyd edib .

Serbiya lideri qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp belə bir razılaşmanın bağlanması üçün Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə söhbətində şantaj üsullarından istifadə edə bilər.

Mövsüm

Aznews.az

seeBaxış sayı:55
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri