Icma.az
close
up
RU
Serbiyada hakim qərəzi ilə üzləşən Azərbaycan boksçusu: “Haqq ədalətin yerini tapacağına inanıram”

Serbiyada hakim qərəzi ilə üzləşən Azərbaycan boksçusu: “Haqq ədalətin yerini tapacağına inanıram”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa çempionatında hakim qərəzi ilə üzləşən Azərbaycan boksçusu Yusif Ağakişiyev (75 kq) haqq-ədalətin yerini tapacağına inanır.

İdman.biz xəbər verir ki, bu barədə “Report”a açıqlamasında boksçu özü bildirib.

O, finalda serbiyalı boksçudan tam üstün olduğu halda hakim tərəfindən xalının kəsildiyini deyib: “Finalda yerli boksçu Viktor Maystroviçlə döyüşürdüm. Tam udduğum və düzgün zərbələr vurduğum halda, hakim xalımı kəsdi. Xəbərdarlıq etdi ki, əlin içi ilə vururam. Amma videolarda da göründüyü kimi, elə deyildi. Rəqib ilk raundda mənə bir zərbə belə vurmamışdı. Amma nəyəsə görə qərəzli qərar çıxarıldı və xalı serbiyalı rəqibimə verdilər. Ona görə də məşqçim dözmədi, səbri tükəndi və rinqə girdi. Beynəlxalq Boks Assosasiyasının (IBA) prezidenti Umar Kremlyov açıqlamasında hakimin boksdan ömürlük uzaqlaşdırılacağını deyib. Bizim federasiya da IBA-ya məktub yolladı. Baxdılar və döyüşü mənim udduğumu gördülər. İnanıram ki, haqq-ədalət öz yerini tapar və qələbəni mənə qaytararlar. Çünki rəqibimdən tam üstün idim”.

Qeyd edək ki, Avropa birinciliyinin final görüşündə serbiyalı Viktor Maystroviçlə üz-üzə gələn Y.Ağakişiyevin çempionluğu əlindən alınıb. Döyüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə serbiyalı idmançı qalib elan olunub.

Baş verənlərlə bağlı Azərbaycan Boks Federasiyası tərəfindən Beynəlxalq Boks Assosiasiyasına ünvanlanan etiraz məktubundan sonra qurumun prezidenti Umar Kremlyov şəxsi sosial şəbəkə hesabında Stefan Subalevskinin hakimlikdən ömürlük uzaqlaşdırılacağını açıqlayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see335

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see186

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see149

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see143

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see130

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see118

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri