Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Azərbaycan Prezidentinin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidentinin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

To Lam: “Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik”

İlham Əliyev: “Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır”

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.

AYNA.AZ xəbər verir ki, görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:

- Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri, Vyetnama rəsmi səfərə xoş gəlmisiniz. Mənə məlumat verildi ki, bu, Sizin bizim ölkəyə ikinci səfərinizdir. Bu da Sizin Vyetnama və onun xalqına bəslədiyiniz səmimi münasibətin göstəricisidir. Mən tam əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək, onları daha da dərinləşdirəcək, məzmunlu və səmərəli edəcək.

Ötən ilin mayında Azərbaycana dövlət səfərimiz zamanı Sizin, birinci xanımın, Birinci vitse-prezidentin, ailənizin və Azərbaycan xalqının mənə, Vyetnamın birinci xanımına və Vyetnamın yüksəksəviyyəli nümayəndə heyətinin səmimi şəkildə qəbulundan və qarşılanmasından çox məmnun oldum və bunu yüksək qiymətləndirirəm.

Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik.

Uzunmüddətli ənənəvi dostluğumuz hər iki ölkədə nəsillər boyu liderlər və xalqlar tərəfindən qorunub-saxlanılıb və inkişaf etdirilib. Vyetnam keçmişdə milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə, həmçinin hazırkı milli inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırlayır və yüksək qiymətləndirir.

2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır.

Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq.

İndi isə cənab Prezident, çıxış üçün sözü Sizə vermək istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

- Cənab Prezident, əziz dostlar. İlk növbədə, ölkənizə rəsmi səfərə gəlmək üçün məni dəvət etdiyinizə, mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dost Vyetnamı yenidən ziyarət etməyə və ölkənizin sürətli inkişafına şahid olmağa çox şadam. 2014-cü ildə Vyetnama səfər etmişdim və o vaxtdan bəri Sizin rəhbərliyinizlə ölkənizdə müxtəlif istiqamətlərdə möhtəşəm tərəqqi əldə olunmuşdur. Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır.

Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı.

Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir.

Vyetnamın Prezidenti, böyük rəhbər Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfəri, həmçinin əlamətdar hadisə olmuşdur və bu səfərlə bağlı xatirələr hələ də bizim qəlbimizdədir. Həmin səfər zamanı Prezident Ho Şi Min Azərbaycanın bəzi sənaye sahələrini, xüsusilə neft sənayesi ilə əlaqəli olan sahələri ziyarət edib. Bundan sonra bir çox azərbaycanlı mütəxəssis neft sənayesinin inkişafına dəstək olmaq üçün Vyetnama göndərilmişdir.

Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq.

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafında roluna toxunulub, yeni əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirməsi baxımından bu səfərlərin rolu vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM və digər təsisatlar çərçivəsində əməkdaşlığından, həmçinin Azərbaycanla ASEAN arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərindən bəhs olunub.

Vyetnamın Xəzər regionu və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolunun və dəstəyinin önəmi qeyd edilib.

Görüşdə enerji sahəsində, o cümlədən neft-qaz və enerji təhlükəsizliyi, bərpaolunan enerji, iqtisadiyyat, investisiyalar, turizm, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, parlamentlərarası münasibətlər, nəqliyyat-logistika, aviasiya və mədəniyyət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycanın bərpaolunan enerji, o cümlədən külək və Günəş enerjisi sahələrində böyük potensialının olduğu bildirilib. Həmçinin infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Trans-Xəzər marşrutunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki ölkənin mina problemindən əziyyət çəkdiyi vurğulanıb, bu xüsusda minatəmizləmə sahəsində də tərəfdaşlığın əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərə qarşı Vyetnamın göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və bunun heç vaxt unudulmayacağı deyib.

Azərbaycan və Vyetnam xalqlarının müstəqillik və azadlıq uğrunda mübarizədə cəsarət, qəhrəmanlıq nümayiş etdirdikləri vurğulandı, bunun iki xalqı birləşdirən amil olduğu qeyd edilib.

Dövlətimizin başçısının səfərinin nəticələrinin ölkələrimiz arasında tərəfdaşlığın gələcəyi üçün mühüm rol oynayacağına əminlik ifadə olunub.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri