Icma.az
close
up
RU
Sərhəddə binokl diplomatiyası: Mülki missiyanı hərbi missiyaya çevirmək istəyirlər

Sərhəddə binokl diplomatiyası: Mülki missiyanı hərbi missiyaya çevirmək istəyirlər

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə missiyasının üzvləri növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək müşahidə aparıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, müşahidə missiyasının növbəti belə hərəkəti haqda video-materiallar sosial şəbəkələrdə yayılıb. Videolardan görünür ki, “missiya” üzvləri iki “Toyota” markalı cip maşınla hərəkət edirlər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıblar.

Qeyd edək ki, artıq xeyli müddətdir Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla sərhəddə aktivlik göstərir. Onlar vaxtaşırı Ermənistan-Azərbaycan sərhədinin müxtəlif nöqtələrində ərazilərimizə baxış keçirirlər. Hər dəfə durbinli şəbəkənin fəaliyyəti sərhədçilərimiz tərəfindən qeydə alınır.

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Avropa İttifaqının "müşahidə missiyası"nın əsas fəaliyyəti bizim üçün bəllidir və yeni deyil.

Ekspert vurğulayıb ki, Avropa İttifaqı çərçivəsində artıq bu missiyanın say tərkibinin artırılması ilə bağlı müzakirə keçirilib:

"Bir neçə gün öncə Fransanın xarici işlər naziri Jan-Noel Baro da Aİ missiyasının fəaliyyəti ilə danışarkən belə bir ideya ilə çıxış edib. Qərb dövlətləri bölgə ilə bağlı öz niyyətlərini reallaşdırmaq üçün hökmən sərhədlərdə hansısa təxribatların baş verməsinə ehtiyac var. Müəyyən qədər gərginlik olmalıdır ki, Aİ missiyasının regionda qalması əsaslandırıla bilsin. Avropa İttifaqının, Fransa kimi ölkələrin niyyəti də ondan ibarətdir ki, Aİ missiyası Cənubi Qafqazda uzun müddət qalsın. Bununla həm də missiyanın say tərkini artırmaq, genişləndirmək imkanları yaranacaq. Özlərinin də bəyan etdiyi kimi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara biləsələr, o zaman Ermənistandakı rus hərbi bazasının əvəzinə Aİ-nin "mülki missiyası"nı hərbi missiyaya çevirəcəklər. Bu fəaliyyətlər də ona hesablanıb".

Oqtay Qasımov: Aİ çərçivəsində missiyanın say tərkibinin artırılması ilə bağlı müzakirə keçirilib

O.Qasımovun fikrincə, Aİ missiyasının fəaliyyəti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə zərər verən amillərdəndir:

"O baxımdan sülh danışıqlarının əsas predmetlərindən biri "sərhədlərdə kənar, üçüncü qüvvələrin olmaması"dır. Azərbaycan Ermənistan birmənalı tələb edir ki, şərti sərhədlərdə üçüncü tərəflərin mövcudluğuna imkan verməsin və onları çıxartsın. Amma Ermənistan hökuməti manipulyasiya və vaxt uzatmaqla məşğuldur. İrəvan hökuməti bildirir ki, Aİ missiyasını ancaq delimitasiya və demarkasiya olunmuş ərazilərdən çəkəcək. Yəni qalan hissələrdə guya hansısa "təhlükələrə" görə qalacaqlar. Halbuki, Nikol Paşinyan özü parlamentdə çıxışı zamanı dedi ki, hazırda Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya riski yoxdur".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri