Icma.az
close
up
RU
Sərhəddən təcili XƏBƏR: Bölgədə vəziyyət dəyişdi, yeni müharibə RİSKİ

Sərhəddən təcili XƏBƏR: Bölgədə vəziyyət dəyişdi, yeni müharibə RİSKİ

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə ötən gün Müdafiə Nazirliyi məlumat yayıb. Son dövrlər Ermənistanın sərhəd bölgəsində yeni istehkam qurğuları inşa etməsi, eyni zamanda Hindistan və Fransadan silah tədarükünü artırması regionda gərginliyin artmasına səbəb olur.

Onu da qeyd edək ki, Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqı (Aİ) və Belçikadakı daimi nümayəndəliyində hərbi attaşe vəzifəsinin təsis edilməsini təsdiqləyib. Müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib. Bu, Ermənistanın Aİ-dəki nümayəndəliyinə göndərdiyi ilk hərbi attaşedir. Qeyd edək ki, 2024-cü ilin fevralında Ermənistanın NATO yanında hərbi attaşesi təsis edilib. Qərar Ermənistan, Aİ və Belçika arasında müdafiə sektorunda əməkdaşlığın intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib.

Aİ missiyasının monitorinqçiləri Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul xidməti edir. Bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Bu il yanvarın 30-da Aİ Şurası 44 milyon avro büdcə ilə Aİ-nin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb. Missiyanın müşahidəçiləri və mülki ekspertlər 25 Aİ-yə üzv dövləti və üçüncü ölkə olan Kanadanı təmsil edirlər.

Baş verənlər növbəti münaqişənin başlanğıcı ola bilərmi? Ermənistan yeni müharibəyə hazırlaşırmı?

Məsələ ilə bağlı politoloq Anar Əliyev News24.az-a açıqlamasında bildirib ki, bu təxribatlar bir neçə məqsəd güdür və son baş verənlər, xüsusilə atəşkəsin pozulması və sərhəd bölgələrindəki yanğınların artması, regionda gərginliyin davam etdiyini göstərir:

"Atəşkəsin pozulması və digər təxribatlar Ermənistanın Azərbaycan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsinə cəhd etdiyini göstərir. Ermənistan bu şəkildə, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədində 3-cü tərəfin missiyasının yerləşdirilməməsi ilə bağlı irəli sürdüyü tələbin əsassızlığını göstərməyə çalışır. Bundan əlavə, Ermənistanın sərhəd ərazilərində səngərlərin qazılması, istehkam qurğularının formalaşdırılması və digər hərbi hazırlıqlar da diqqət çəkib. Ermənistanın bu addımları atarkən, sülh danışıqlarında çətinliklər yaşadığını və şərtlərin dəyişdirilməsini tələb etməyə çalışdığını qeyd edib."

Politoloq qeyd edib ki, Ermənistan bu hərəkətləri ilə sülh müqaviləsinin imzalanmasında Azərbaycanın haklı şərtlərinin razılaşdırılmamış qalmasını və yeni müzakirə gündəliyinin açılmasını istəyir. Anar Əliyev, həmçinin Ermənistanın silahlanma siyasətinin, ölkənin mövcud vəziyyətdəki təhdidlərlə bağlı narahatlıqlarını gücləndirmək məqsədini daşıdığını qeyd edib:

“Ermənistanın son dövrlərdə silahlanması və Avropa Sülh Fondu tərəfindən Ermənistana veriləcək 10 milyonluq yardımlar, Ermənistanın təhlükədə olduğu imici yaratmaq üçün atılmış addımlardır. Bununla yanaşı, Anar Əliyev Ermənistanın silahlanmasının əsas məqsədinin, ölkə daxilində revanşizm hissini gücləndirmək olduğunu vurğulayıb. “Bu hələlik müharibəyə hazırlıq deyil, çünki Ermənistan və onun havadarları yaxşı anlayır ki, Azərbaycan ordusu qarşısında Ermənistan ordusunun dayana bilməsi mümkün deyil. Bunu anladıqları üçün bu addımların real müharibəyə hazırlıq olmadığını söyləmək olar”, - deyə o, qeyd edib.

Anar Əliyev əlavə edib ki, Ermənistanın son addımları, həmçinin silahlanma və müharibəyə hazırlıq niyyətlərinin olmadığını göstərsə də, bununla belə, bu cür təxribatlar, regionda davam edən gərginliyin və münaqişənin hələ də bitmədiyini, həmçinin Ermənistanın yeni müzakirə gündəlikləri yaratmağa çalışdığını göstərir.

Ruslan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri