Icma.az
close
up
RU
Rusiya qoşunları sərhəddən çıxdı: Bölgədə nə baş verəcək?

Rusiya qoşunları sərhəddən çıxdı: Bölgədə nə baş verəcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya qoşunlarının Ermənistan-Türkiyə sərhədindən çıxarılması nəticəsində bölgədə yeni hansı geosiyasi dəyişikliklərin baş verəcəyi barədə suallar yaranıb.

Xəbər verildiyi kimi, martın 1-dən Türkiyə ilə sərhəddə yerləşən “Alican” sərhəd-keçid məntəqəsində Rusiya Sərhəd Xidmətinin əməkdaşlarını Ermənistan sərhədçiləri əvəz edib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsində xidmət tamamilə Ermənistanın sərhəd qoşunlarının qüvvələri tərəfindən həyata keçiriləcək”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında sərhədin bağlı olması səbəbindən fəaliyyət göstərmir. Lakin 2022-ci ilin yayında hökumətin qərarı ilə məntəqə təmir olunub və burada Rusiya sərhədçiləri xidmətə başlayıb:

“Martın 1-dən etibarən Ermənistana daxil olan və ölkədən çıxan şəxslərin sərhəd nəzarəti tamamilə Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçiriləcək. Çünki bütün fəaliyyətdə olan və olmayan məntəqələrdə yalnız Ermənistan sərhəd qoşunları xidmət göstərir”,-deyə Paşinyan bildirib. 

Bu xəbər Türkiyə ilə sərhəddəki Rusiya qoşunlarının tezliklə Ermənistanı tamamilə tərk edəcəyinə dair rəyləri artırıb. Ötən ilin avqust ayından başlayaraq, Rusiya sərhəd qoşunları əvvəlcə İrəvanın “Zvartnos” hava limanından, 2025-ci il yanvarın 1-dən Ermənistan-İran sərhədindən çıxarılıb. Ona görə də Rusiya hərbçilərinin Ermənistan-Türkiyə sərhədindən də çıxarılması planının Paşinyanın gündəliyində olması şübhə doğurmurdu. 

Qeyd edək ki, Ermənistanın İran və Türkiyə ilə sərhədindəki qoşunlarının fəaliyyəti 1992-ci il sentyabrın 30-da imzalanmış müqavilə ilə həyata keçirilir. Ermənistanın xarici sərhədlərindən Rusiya qoşunlarının çıxarılması prosesi Nikol Paşinyan hakimiyyətinin tələbi ilə baş verir. Bu isə sazişin tədricən qüvvədən düşməsinə dair qənaəti möhkəmlədir. Hazırda Ukraynada gedən münaqişə fonunda Rusiyanın ABŞ və Avropa İttifaqı qarşısında həm hərbi, həm də diplomatik müstəvilərdə əlinin güclənməsi üçün imkanların yarandığı bir vaxtda Ermənistanın belə addım atması risqli görünür. 

Ancaq həmin müqavilənin iki maddəsi Paşinyana rusiyalı hərbçilərdən xilas olmaq imkanı yaradır. 4-cü maddədə bildirilir ki, Ermənistan Respublikası öz sərhəd strukturlarını yaratdığı halda Rusiya Federasiyasının Sərhəd Qoşunlarının rəhbərliyi ilə razılaşaraq, Türkiyə və İranla sərhəd hissələrini ardıcıl olaraq mühafizəsini üzərinə götürür, onların qorunmasını Rusiyanın Sərhəd Qoşunları ilə sıx əməkdaşlıq şəraitində təşkil edir.

6-cı maddədə isə qeyd edilir ki, sərnişinlərin və nəqliyyat vasitələrinin yeni yaradılmış buraxılış məntəqələrində sərhəddən keçirilməsi, Rusiya Federasiyasının Sərhəd Qoşunları ilə razılaşdırılmış layihələrə uyğun olaraq, bu keçid məntəqələrində bütün tikinti (yenidənqurma) işləri başa çatdıqdan və onların fəaliyyəti üçün lazımi infrastruktur yaradıldıqdan sonra Ermənistan Respublikası Hökuməti tərəfindən açılır. 

Əslində, Ermənistanın sərhəd qoşunları yoxdur. 2023-cü ildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tabeliyində Sərhəd Xidməti Departamenti yaradılsa da, bu struktur ciddi resursa malik deyil. Ermənistan sərhəd qoşunları sadəcə olaraq, formal şəkildə mövcuddur. Sadəcə olaraq, “Alican” sərhəd-buraxılış məntəqəsinin və Türkiyə ilə sərhəddə yerləşən körpünün təmir olunması Paşinyana sözügedən maddələrə istinad edərək Rusiya hərbçilərini ölkədən çıxartmaq üçün siyasi fürsət yaradır.

Diqqətçəkən məqamlardan biri Rusiyanın bu məsələdə Ermənistana etiraz etməməsi və rəsmi İrəvanın tələbi ilə razılaşmasıdır. Bu isə Rusiyanın xaricdəki hərbi bazalarının sayını və onlara ayrılan xərclərini azaltmaq istəyindən xəbər verir. 

Ermənistan hakimiyyətinin əsl məqsədi Rusiyanın Gümrüdəki hərbi bazasının ölkədən çıxarılmasına hesablanıb. Ancaq müqaviləyə görə, 102-ci motoatıcı alay 2040-cı ilə qədər Ermənistan ərazisində qalmalıdır. Lakin Rusiyanın Ermənistandakı silahlı qüvvələrini tədricən geri çəkməsi hərbi bazasını da vaxtından əvvəl bu ölkədən çıxartması ehtimallarını artırır. Paşinyan hakimiyyəti yeni konstitusiyasının qəbulundan sonra Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası və Hərbi Doktrinasının qəbul olunacağı gözlənilir. Ermənistan bundan sonra bloklara qoşulmayan, neytral ölkə elan edilə bilər. Hətta Rusiya hərbi bazalarının gələcəkdə Ermənistan ərazisinə qayıtmaması üçün istisna hallarla xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsi qadağan edilə bilər. 

Çünki Nikol Paşinyan Rusiya hərbi bazalarını Fransa və ABŞ silahlı qüvvələri ilə əvəz etməkdə maraqlıdır. Lakin Qərb Ermənistandan ilk növbədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sıralarını tərk etməyi tələb edir. Qeyd edək ki, Rusiya qoşunlarının Ermənistanın İran və Türkiyə sərhədlərindən çıxarılması Nikol Paşinyan hakimiyyətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün siyasi və hüquqi əsas yaradacaq. Çünki Ermənistanın İran və Türkiyə ilə sərhədləri KTMT-nin və MDB-nin xarici sərhədləri sayılır. Rusiya qoşunlarının bölgəni tərk etməsi Ermənistanı KTMT-dən çıxmaq üçün müraciət etmək imkanı verə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri