Icma.az
close
up
RU
Serial ətrafında QARŞIDURMA: Vəkillərin iddiasına “müstəntiq”dən CAVAB

Serial ətrafında QARŞIDURMA: Vəkillərin iddiasına “müstəntiq”dən CAVAB

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vəkillər Kollegiyası “Əqrəb mövsümü – İki dünya bir olsa da” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsini əsas gətirərək, məsələ ilə bağlı qurumlara müvafiq müraciətlər ediləcəyini bəyan edib.

Yenicag.az xəbər verir ki, serialda müstəntiq rolunu canlandıran aktyor Azər Aydəmir məsələyə münasibət bildirib:

“Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır.

Hörmətli vəkillərimizin bədii materiala həssaslıqla, emosional şəkildə yanaşması və həmin materialı həqarət kimi qəbul etməsi çox üzücüdür. Bu, Beynəlxalq Coğrafiya Cəmiyyətinin “düzplanetçilərə” qarşı fikir bildirməsinə və ya onlarla polemikaya girməsinə bənzəyir. Vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir. Hörmətli vəkillərimizin “Əqrəb mövsümü – İki dünya bir olsa da” serialında hansısa sifariş xarakterli bir əməl, yaxud fikir axtarması, vəkillərin nəyəsə və kiməsə “alət edilməsi” düşüncələrini irəli sürməsi hörmətli vəkillərimizin “konspirologiya”ya inanmasına dəlalət edir. Bu da çox xoşagəlməz işdir”.

“Əgər biz hüquq və qanunlardan danışırıqsa, burada konspirologiyaya yer vermək, ən yumşaq halda, qeyri-peşəkarlığın göstəricisidir. Müstəqillik tariximizdə “o*raş vəkil”, “qansız həkim”, “rüşvətxor hakim”, “avara polis” olduğu kimi, “şərəfsiz rejissor” və “namussuz ssenaristlər” də var. Sadəcə qanunun aliliyi, karmanın ədaləti onları araşdırıb ortaya çıxarır və ədalət öz hökmünü oxuyur. Sadaladığım vəzifə sahiblərinin yaxşıları və peşəkarları da varmı? Təbii ki, var. Və şükürlər olsun ki, onlar çoxluq təşkil edir! Son dövrlərdə aparılan kadr islahatları bunun bariz nümunəsidir”, – o, əlavə edib.

Az. Aydəmir onu da vurğulayıb ki, böyüyən, inkişaf edən və sürətli urbanizasiyaya məruz qalan cəmiyyətimiz bu cür xoşagəlməz hallarla hələ tez-tez qarşılaşacaq:

“Bu, bir təkamül prosesidir. Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki, nə də olmasa, siz məndən çox bilirsiniz axı”.

“Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz. Möcüzə adı verilən kinoda bunlar bilirsinizmi niyə baş verir? Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propaqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir kino adında ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, bədii aynadır. Kinodur yəni… Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!”, – deyə tanınmış aktyor fikirlərini yekunlaşdırıb.

Cəvahir

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri