Icma.az
close
up
RU
Serial sektoruna zərbə Aktyor bütün sirləri açdı

Serial sektoruna zərbə Aktyor bütün sirləri açdı

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ekranlarda yeni serialların sayı niyə azalır? Tamaşaçılar hər mövsüm bir neçə yerli serialın anonsunu gözləsə də, son vaxtlar bu gözləntilər qarşılanmır. Çəkiliş meydanları səssizləşib, bir çox layihə isə maliyyə çatışmazlığı ucbatından start götürə bilmir.

Tanınmış aktyor Elməddin Cəfərov bu barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, serial istehsalının dayanmasının əsas səbəbi sponsor çatışmazlığıdır:

“Hazırda yerli serial bazarında sponsor dəstəyi demək olar ki, yox səviyyəsindədir. Xüsusilə özəl və müstəqil şəkildə maliyyələşən serialların çəkilişi demək olar ki, tam dayanıb. İstehsalçılar layihələri üçün həm ssenari, həm çəkiliş heyəti, həm də digər texniki detallar baxımından tam hazır olsalar da, maliyyə dəstəyi olmadıqca bu layihələri reallaşdırmaq mümkün olmur. Məsələn, Orxan Mərdanla birlikdə planlaşdırılan film layihəmiz də bu səbəbdən həyata keçmədi. Ssenari də daxil olmaqla bütün hazırlıq işləri tamamlanmışdı, lakin sponsor tapılmadığı üçün çəkilişlər baş tutmadı.

Hazırda yalnız televiziya kanalları tərəfindən maliyyələşdirilən bir neçə serial istehsalı davam edir. Amma bu da çox məhdud çərçivədə həyata keçirilir. Kanalların maddi imkanları da məhduddur və bu, maksimum 2-3 serialın maliyyələşdirilməsinə imkan verir. Nəticədə, geniş miqyasda serial istehsalı getdikcə zəifləyir”.

Aktyor onu da vurğulayıb ki, kino sektorunun yaşadığı durğunluq indi serial sektoruna da sirayət edib:

“Əvvəllər serial və film bazarı paralel şəkildə inkişaf edirdi, amma indi ikisi də oxşar problemlərlə üz-üzədir. Bundan əlavə, vergi sahəsində tətbiq edilən yeni qaydalar və çətinliklər də serial istehsalçılarının üzərinə əlavə yük salır. Bu sahədəki inzibati və bürokratik çətinliklər serial bazarına mənfi təsir göstərir. Müəyyən güzəştlər və dəstək mexanizmləri olmadıqca, vəziyyətin daha da ağırlaşacağı ehtimal olunur.

Nəticə etibarilə, serial sektoru təkcə maliyyə yox, həm də struktur və hüquqi baxımdan ciddi dəstəyə ehtiyac duyur. Əgər bu sahəyə diqqət yetirilməzsə, yaxın gələcəkdə yerli serial istehsalı tamamilə dayana bilər və bu, həm yaradıcı heyətin işsiz qalmasına, həm də yerli mədəni məhsulların azalmasına gətirib çıxarar”.

Aytac Şahin


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri