Şerloks da ad günü keçirən şəxs həbs olunub: Hesab artıq gəlib...
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən "Şerloks” restoranında hesaba görə səs-küy salan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü K.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Şerloks” restoranında dostunun ad gününü qeyd edib. Yanvarın 19-na keçən gecə, saat 02:00 radələrində pulu ödəyib çıxmaq istəyəndə, hesabın artıq yazıldığını görərək administratorla mübahisə edib.
Hadisə yerinə polis əməkdaşları çağrılıb. O, əsəbi vəziyyətdə söyüşlər söyüb. K.V. söyüş söydüyünə görə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati həbs olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















