Icma.az
close
up
RU
Sərnişin təyyarəsinin vurulmasından ötən bir il ötdü, Azərbaycan öz yolundan geri çəkilmir

Sərnişin təyyarəsinin vurulmasından ötən bir il ötdü, Azərbaycan öz yolundan geri çəkilmir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düz bir il əvvəl idi. 2024-cü il dekabrın 25-də Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vuruldu.

Hadisə Qroznı üzərində baş vermişdi. Azərbaycan Hava Yollarına (AZAL) məxsus olan, Braziliyada istehsal olunmuş “Embraer 190-100 IGW” təyyarəsi ağır zədələr almış və Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğramışdı. Hava gəmisi də 62 nəfər sərnişin və 5 nəfər ekipaj üzvü var idi. Qəza nəticəsində 38 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdı. Rəsmi qurumların və mütəxəssislərin rəyinə görə, uçuş heyətinin peşəkarlığı təyyarədə olan insanların hamısının həlak olmasının qarşısını alıb.

Azərbaycan bu hadisə ilə bağlı adekvat sərt mövqe tutdu; prezident İlham Əliyev həmin gün Rusiyaya -MDB-nin sammitinə səfərini yarımçıq qoyub, geri qayıtdı, elə hava limanındaca müşavirə keçirdi. Prezident aldığı məlumatlar və faktlar əsasında bəyan etdi ki, Azərbaycanın təyyarəsi vurulub. Ancaq Rusiya tərəfi bunu etiraf etməmək, hətta gizlətmək yolunu tutdu; gah dedilər, təyyarə quşla toqquşub, gah hava balonunun partladığını söylədilər, gah da texniki nasazlıq iddiasını irəli sürdülər. Azərbaycan isə öz versiyasının doğruluğunda israr etdi və Rusiyaya qarşı tələblərini belə formalaşdırdı: 1. Rusiya tərəfi bu hadisənin gerçək səbəblərini etiraf etsin və üzr istəsin; 2. Hadisənin təqsirkarları tapılıb cəzalandırılsın; 3. AZAL-a və hadisədən zərər çəkənlərə - həkak olanların ailələrinə və yaralananlara kompensasiya ödənilsin.

Azərbaycan Çikaqo və Montreal konvensiyalarını - müvafiq beynəlxalq hüquq normalarını əsas götürərək öz tələblərini irəli sürüb. Azərbaycan prezidenti ilk gündən bu hadisənin dövlət məsuliyyəti olduğunu bildirib və bu, haqlı mövqedir, haqlı olduğuna görə də güclü mövqedir. Azərbaycan tərəfi əlində olan danılmaz faktlara əsaslanaraq, bildirir ki, mülki təyyarəni Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri vurub. Rəsmi Moskva isə bunu etiraf etmirdi. Nəhayət, 9 aydan sonra - bu il oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə prezident İlham Əliyevlə görüşündə Rusiya prezidenti Vladimir Putin həqiqəti yarımçıq da olsa etiraf etdi və üzr istədi, zərərçəkənlərə kompensasiya ödəniləcəyini vəd etdi.

Bəs niyə "yarımçıq etiraf" deyirik?

Çünki Putin bildirdi ki, həmin vaxt Ukraynanın Rusiyanın həmin bölgəsinə dron hücumları olub, Rusiya hərbçiləri Ukrayna dronlarına atəş açıb, raket AZAL təyyarəsinin yaxınlığında partlayıb, nəticədə "təsadüfən" belə bir "faciəvi insident" yaranıb.

Ancaq bu izahat Rusiyanı məsuliyyətdən azad etmir; əgər Ukrayna dronlarının hücumu vardısa (mülki təyyarələrin uçuşuna təhlükə yaranmışdısa) Rusiya tərəfi müvafiq qaydada xəbərdarlıq göndərməli və uçuşları dayandırmalı idi. Bu, özü beynəlxalq hüququn pozulmasıdır. Bu, məsələnin bir tərəfi. İkincisi, Rusiya hadisənin əsl səbəblərini düz 9 ay gizlətməyə, diqqəti yayındırmağa, fikri azdırmağa çalışdı. Yalnız Azərbaycan prezidentinin haqlı mövqeyi və qətiyyətli addımları rəsmi Moskvaya imkan vermədi ki, həqiqətdən gizlətsin və həlak olanların qanını batırsın.

Bəli, Rusiya hakimiyyəti az qala bir il müddətində bu hadisənin gerçək səbəblərini nəinki etiraf edirdi, əksinə bütün ictimai və media resursları ilə Azərbaycanın əleyhinə kampaniya aparmağa başladı. Daha sonra isə Rusiyada yaşayan Azərbaycanlılara qarşı kütləvi repressiya başlandı; Rusiya güc strukturlarının amansız rəftarı - faktik dövlət terroru nəticəsində Rusiya Azərbaycanlıları arasında öldürülənlər, yaralananlar, deportaaiya və həbs olunanlar oldu. Ancaq bunların heç biri Azərbaycanı öz yolundan döndərə bilmədi. Nəticədə Rusiya prezidenti öz dövlətinin məsuliyyətini gec və yarımçıq da olsa, etiraf etmək zorunda qaldı. Azərbaycan dövlət kimi öz mövqeyini və iradəsini ortaya qoyub, yuxarıda göstərdiyimiz nəticəni alıb. Ancaq rəsmi Bakı əsaslı olaraq bu fikirdə və əzmdədir ki, onun tələbləri tam yerinə yetirilməlidir.

Ukraynadakı müharibə də göstrir ki, Rusiya, gözlənildiyi kimi, vuruşmağı da bacarmır, barışmağı da bacarmır. Bunu da keçdik: dövlət kimi etdiyi hərəkətin və ya eyni məzmunlu hərəkətsizliyin məsuliyyətini daşımaq da istəmir. Hətta üzr istəməyə də yetənəyi çatmır. Yalnız Azərbaycanın qəti iradəsi qarşısında kiçik addımlarla da olsa, geri çəkilir. Bunun özü də Rusiya kimi dövləti dünyanın gözündə kiçildən hərəkətlərdir.

Azərbaycan səbirli və israrlıdır; əvvəl-axır öz istədiyinə nail olur. Rusiya istintaqı uzatdıqca uzadır; zərərçəkənlərə kompensasiya ödəməkdən yayınmağa çalışır. Azərbaycan isə öz tələblərindən geri çəkilmək fikrində deyil.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri