Icma.az
close
up
RU
Sərnişinlər həm şəxsi avtomobillərdən, həm manatlıq taksilərdən uzaqlaşıb metroya üz tutacaqlar

Sərnişinlər həm şəxsi avtomobillərdən, həm manatlıq taksilərdən uzaqlaşıb metroya üz tutacaqlar

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev ötən gün televiziya kanallarına müsahibəsində Bakıda daha 10 yeni metro stansiyasının tikiləcəyini deyib. Bu, paytaxtın ən böyük problemlərindən biri olan tıxacların azalmasına səbəb olacaq. Nəticədə şəhər və ətraf ərazilərdə ekoloji təmizlik yarana bilər.

Bəs yeni stansiyalar hansı ərazilərdə və neçə il müddətində tikiləcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu layihə şəhərin nəqliyyat infrastrukturunda sıxlıq problemini aradan qaldırmaqla yanaşı, vətəndaşların rahat və əlçatan nəqliyyat imkanlarına çıxışını artıracaq.

"Bu yeni stansiyaların təxminən beş il ərzində tikilməsi nəzərdə tutulur və ümumi olaraq Bakının təxminən Nərimanov, Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməlidir. Təxminən dörd milyard manat civarında investisiya yatırmaqla, bu stansiyaları tikmək mümkün olacaq. Cənab prezidentin dediyindən belə anlaşıldı ki, çox qısa müddətdə bu stansiyalar tikilməlidir. Bu o deməkdir ki, təxminən beş il ərzində hər il bir neçə stansiya hazır olacaq. Bu, ümumilikdə böyük bir sərnişin axınının dövriyyəsini artıra bilər. Əsas hədəf mobillik proqramlarının Bakı şəhərində icra edilməsidir. Bu, həm şəhər mərkəzində, həm də əsas küçələrdə avtomobil sıxlığının azalmasına səbəb olacaq. İnsanlar daha çox metroya üstünlük verəcək və bununla da ətraf mühitə təsir edən qaz emissiyaları azalmış olacaq", - deyə o vurğuladı.

Ekspertin fikrincə, Bakı şəhəri üçün ümumilikdə daha 30 stansiyaya ehtiyac var:

"Ağ şəhər, Sabunçu, Suraxanı, Xırdalan ərazisində stansiyaların olması nəzərdə tutulur. Prezidentin təsdiqlədiyi bu yeni planda çox mükəmməl bir yanaşma var və bu yanaşma şəhəri demək olar ki, hörümçək toru kimi əhatə edəcək. Ümumilikdə Bakı şəhərinə bundan sonra 20 stansiya da lazım olacaq. Yəni ola bilsin ki, mərhələli şəkildə tikiləcək. Ümumilikdə 30 stansiya tikilməlidir. Hazırda 27 stansiyamız var. 57 stansiya Bakı şəhəri üçün idealdır. Nəticədə Bakını əhatə edəcək nəqliyyat sıxlığı azala bilər. Sərnişinlər həm şəxsi avtomobillərdən, həm manatlıq taksilərdən uzaqlaşıb metroya üz tutacaqlar. Nəticədə avtomobil dövriyyəsi qismən aşağı düşə bilər.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın müstəqillik illərində yeni metro stansiyaların tikintisi məhz Prezident İlham Əliyevin dövrünə düşüb".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri