Icma.az
close
up
RU
Şərqdə doğan azadlıq günəşi

Şərqdə doğan azadlıq günəşi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

28 May Azərbaycan xalqının tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız öz müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu tarix təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin siyasi həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü.

XX əsrin əvvəllərində dünyada mürəkkəb siyasi proseslər baş verirdi. Çar Rusiyasının süqutundan sonra region xalqları öz müqəddəratını müəyyən etmək imkanı qazandılar. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan ziyalıları və milli liderləri xalqın taleyini düşünərək müstəqil dövlət yaratmaq qərarı verdilər. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura tərəfindən qəbul olunan İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Yeni yaradılan parlamentdə müxtəlif millətlərin və siyasi qüvvələrin nümayəndələri təmsil olunurdu. Bu, həmin dövr üçün böyük demokratik addım idi. Azərbaycanda bütün vətəndaşlara milli və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Ən mühüm yeniliklərdən biri isə qadınlara seçki hüququnun tanınması oldu. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi dünya tarixində mühüm yer tutdu. Bu addım bir çox Avropa dövlətlərindən belə əvvəl atılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğuna da xüsusi önəm verirdi. Dövlət rəmzləri qəbul edildi, milli ordu yaradıldı, ana dili dövlət dili elan olundu, təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm tədbirlər görüldü. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması xalqın maariflənməsinə və milli kadrların hazırlanmasına xidmət edən böyük hadisə idi.
Cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərsə də, Azərbaycan dövlətçilik tarixində silinməz iz qoydu. 1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqillik itirilsə də, xalqın azadlıq arzusu heç zaman sönmədi. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi.
Bu gün müstəqil Azərbaycan dövləti Cümhuriyyət qurucularının ideyalarını yaşadır. Demokratik dövlət quruculuğu, hüquqi islahatlar, dünyəvilik prinsipləri və milli həmrəylik müasir Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir. Azərbaycan xalqı öz tarixini, dövlətçilik ənənələrini və müstəqilliyini daim uca tutur.

28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, müstəqillik böyük nemət olmaqla yanaşı, həm də hər bir vətəndaşın qoruyub yaşatmalı olduğu müqəddəs dəyərdir.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri