Icma.az
close
up
RU
Şərqi Zəngəzurdan qələbəmizi həzm edə bilməyənlərə mesaj: Cavabı ağır olacaq

Şərqi Zəngəzurdan qələbəmizi həzm edə bilməyənlərə mesaj: Cavabı ağır olacaq

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şərqi Zəngəzurdan səslənən mesajlar bir daha göstərdi ki, Azərbaycan artıq regionun taleyini müəyyən edən əsas siyasi və geosiyasi gücə çevrilib. Prezident İlham Əliyev Zəngilanda etdiyi çıxışla təkcə keçmişin qələbələrini xatırlatmadı, həm də gələcəyin siyasi xəritəsini cızdı. Bu çıxış Azərbaycanın hansı yolla getdiyini, hansı prinsipə söykəndiyini və hansı gücə sahib olduğunu bütün dünyaya nümayiş etdirdi”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, Azərbaycan qalib dövlətdir: “Öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkədir. Amma bu qələbəyə baxmayaraq, rəsmi Bakı heç vaxt işğalçılıq siyasəti yürütməyib. Prezidentin də bəyan etdiyi kimi, Azərbaycanın Ermənistan torpaqlarında gözü yoxdur. Çünki Azərbaycan dağıdan yox, quran dövlətdir. Ermənilərin 30 illik işğal dövründə viran qoyduğu torpaqlarda bu gün yollar, məktəblər, elektrik stansiyaları, hava limanları, dəmir yolları tikilir. Zəngilan, Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı, Cəbrayıl və digər bölgələr artıq böyük quruculuq meydanına çevrilib”.
Bölgədə  dayanıqlı sülhün, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranmasına əngəl yaradan qüvvələrlə bağlı mesajlarını  vurğulayan deputat deyib ki, Prezident İlham Əliyevin çıxışında ən sərt mesajlardan biri isə bölgədə “müşahidəçi” adı altında yerləşdirilən xarici qüvvələrə ünvanlandı: “Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, əgər Azərbaycan bir güllə atsa, həmin dairələrin bölgədən necə qaçacağı hər kəsə məlumdur. Bu bəyanat əslində bir həqiqətin ifadəsi idi. Çünki Cənubi Qafqazın təhlükəsizlik memarı artıq Azərbaycandır. Bölgədə hansı prosesin baş verəcəyinə nə Brüssel, nə Paris, nə də başqa mərkəzlər qərar verir. Yeni reallığı Azərbaycan Ordusu yaradıb.

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı müasir hərb tarixinin ən dəqiq və peşəkar əməliyyatlarından biri kimi yadda qaldı. Azərbaycan müharibəni beynəlxalq hüququn və humanitar normaların tələblərinə uyğun apardı. Ermənistan isə Gəncəni, Bərdəni, Tərtəri ballistik raketlərlə vuraraq terror siyasəti həyata keçirdi. Azərbaycan Ordusu isə nə mülki əhalini hədəfə aldı, nə də yaşayış məntəqələrini dağıtdı. Bu fərq dünyanın Azərbaycana münasibətini dəyişdi. Bu gün Azərbaycana hörmət edənlər yalnız onun hərbi gücünə görə deyil, həm də ləyaqətli dövlət davranışına görə hörmət edir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də budur ki, Azərbaycan sülhün müəllifidir. Bakı regionu düşmənçilik meydanından əməkdaşlıq məkanına çevirmək istəyir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi Zəngilan artıq gələcəyin strateji logistika mərkəzinə çevrilir. Zəngəzur dəhlizi isə yalnız Azərbaycanın deyil, bütöv regionun iqtisadi və siyasi xəritəsini dəyişəcək layihədir.
Lakin bütün bunlara baxmayaraq, bölgədə sülhü həzm edə bilməyən qüvvələr də var. Ermənistan daxilində revanşist dairələrin yenidən fəallaşdırılması, xarici mərkəzlərin onları ruhlandırmağa çalışması təsadüfi deyil. Məqsəd bölgədə gərginliyi saxlamaq, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı sarsıtmaqdır. Amma onlar bir şeyi unudurlar: bu reallıq artıq geridönməzdir.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan istəsəydi, bu gün bölgədə tamamilə fərqli mənzərə yaranarıb. Amma Bakı gücünü dağıtmaq üçün deyil, sabitlik yaratmaq üçün istifadə edir. Buna baxmayaraq, Azərbaycan ayıqdır, sayıqdır və hər an təhlükələrə cavab verməyə hazırdır.

Bu gün Azərbaycanın “Dəmir yumruğu” sadəcə hərbi güc simvolu deyil. O, həm də bölgədə sülhün, təhlükəsizliyin və ədalətin təminatıdır. Kim bu sülhü pozmağa cəhd etsə, qarşısında yenə həmin iradəni, həmin gücü görəcək.

Prezident İlham Əliyevin Şərqi Zəngəzurdan verdiyi mesajın mahiyyəti budur:
Azərbaycan ayıqdır!
Azərbaycan güclüdür!
Azərbaycanın “Dəmir yumruğu” yerindədir! Və bu dəfə o yumruq təkcə düşməni məğlub etmək üçün deyil, həm də bölgədə sülhü, təhlükəsizliyi və milli ləyaqəti qorumaq üçün havadadır.
Azərbaycan qalibdir. Azərbaycan qurucudur. Azərbaycan regionun gələcəyini müəyyən edən dövlətdir. Və artıq heç bir qüvvə bu tarixi dəyişdirə bilməyəcək”.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 May 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

El Klassiko 2026: Real Madrid — Barcelona oyununu Azərbaycanda necə izləmək olar?

09 May 2026 16:25see740

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see190

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see178

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see170

Co Koul: “Çelsi”nin xilası Mourinyonun əlindədir”

09 May 2026 16:36see164

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see162

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see160

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see159

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see159

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see158

Çində ağaclara sistem qoşulur VİDEO

09 May 2026 15:46see157

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see155

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see154

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see151

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see150

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see150

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see149

Hantavirus yeni COVID 19 dur? ÜST direktoru AÇIQLADI

09 May 2026 16:44see149

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see149

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri