Icma.az
close
up
RU
Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan müstəqillik dövründə iqtisadi və siyasi sahələrlə yanaşı, həm də mədəni, humanitar və ictimai həyatda yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişafın önündə dayanan simalardan biri isə xalqın dərin rəğbətini və beynəlxalq aləmin yüksək etimadını qazanan Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Mehriban xanım Əliyeva həm Şərqin nəcibliyini, mənəviyyatını və xeyirxahlığını, həm də Qərbin müasir idarəçilik təcrübəsini və humanitar yanaşmalarını öz şəxsiyyətində və işlərində birləşdirərək Azərbaycanın bugünkü simasının formalaşmasında müstəsna rol oynayır.

2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu Mehriban Əliyevanın ideya və təşəbbüslərinin reallaşdığı mərkəzə çevrilib. Fondun əsas məqsədi yalnız sosial layihələr həyata keçirmək deyil, həm də Azərbaycanı beynəlxalq miqyasda humanitar əməkdaşlıq mərkəzinə çevirmək olub ki, bunu da savadlı və əzimkar Mehriban Əliyevanın sayəsində bacarmaq mümkün oldu.

Birinci xanımın Fonda rəhbərlik etdiyi 21 ildə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri müasirləşdirilib. Bundan başqa ən müasir xəstəxanaların tikilməsi, tibbi avadanlıqlarla təminat, onkoloji və talassemiya xəstələrinin müalicəsinə dəstək göstərilməsi minlərlə insanın sağlam gələcəyini təmin edib. Mədəniyyət istiqamətində həyata keçirilən layihələr isə Azərbaycanı dünya miqyasında tanıtmış, milli irsimizin qorunub gələcək nəsillərə ötürülməsinə xidmət edib.

Fondun fəaliyyəti Azərbaycanın sərhədlərindən kənarda da böyük humanitar missiya daşıyır. Pakistan, Rumıniya, Rusiya, Gürcüstan və digər ölkələrdə məktəblərin, səhiyyə müəssisələrinin tikilməsi, dini-mədəni abidələrin bərpası Mehriban xanımın humanizminin və beynəlxalq miqyasda rəğbətinin göstəricisidir.


44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olmaq dövlətin və xalqın mənəvi borcudur. Mehriban Əliyeva bu prosesin önündə gedərək şəhid ailələri ilə mütəmadi görüşlər keçirmiş, onların dərdinə şərik olmuş, şəhid xanımlarına və övladlarına daim mənəvi dəstək göstərib. Onun şəhid ailələri ilə hər görüşündə səmimiyyət və qayğı hissi açıq şəkildə görünür. Bu münasibət şəhid ailələri tərəfindən ana qayğısı və ailə istiliyi kimi dəyərləndirilir. Eyni zamanda, o, müharibə iştirakçılarının sosial rifahına yönəlmiş layihələrin təşəbbüskarı olmuş, qazilərin müalicəsi və reabilitasiyası istiqamətində addımlar atıb.


Mehriban xanım Əliyeva illərdir sağlamlıq imkanları məhdud uşaqların da qayğısını daim diqqət mərkəzində saxlayır. Əlilliyi olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin açılması, xüsusi məktəblərin tikilməsi və bu sahədə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi onun fəaliyyətində mühüm yer tutur. Bu onun insanpərvər xarakterinin ən parlaq təzahürlərindən biridir.
Mehriban Əliyevanın ən parlaq fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın zəngin mədəni irsini dünyaya tanıtmaqdır. Onun təşəbbüsü ilə milli musiqimizin incisi olan muğam UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Hər il keçirilən Beynəlxalq Muğam Festivalı qədim Şərqin musiqi xəzinəsini dünyaya nümayiş etdirir. Bu həm milli mədəniyyətimizin qorunması, həm də onun beynəlxalq miqyasda tanınması baxımından mühüm hadisədir.
Eyni zamanda, Mehriban xanım Qərb mədəniyyətinə də böyük diqqət göstərir. Opera və balet sənətinə, Avropa teatr ənənələrinin Azərbaycanda inkişafına dəstək verməsi ölkəmizin mədəni həyatında unikallıq yaradıb. O həm Şərqin dərin mənəvi irsini, həm də Qərbin müasir incəsənətini birləşdirərək Azərbaycanı mədəniyyətlərarası dialoq mərkəzinə çevirə bilib.

2017-ci ildən Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət göstərən Mehriban Əliyeva dövlət idarəçiliyində yüksək məsuliyyət və peşəkarlıq nümayiş etdirir. Onun siyasi fəaliyyəti sosial yönümlü proqramların həyata keçirilməsi, əhalinin rifahının yaxşılaşdırılması və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinə əsaslanır. Mehriban Əliyeva siyasətdə qadının rolunu gücləndirərək Azərbaycan qadınının nüfuzunu həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksəldib. O, bir tərəfdən Şərq qadınının müdrikliyi və ailə dəyərlərinə bağlılığını, digər tərəfdən isə Qərb liderlərinin idarəçilik bacarığı və praqmatizmini özündə birləşdirərək unikal lider obrazı yaradıb.

Mehriban Əliyeva dünya miqyasında sülh, humanizm və tolerantlıq prinsiplərinin carçısı kimi tanınır. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olaraq onun təşəbbüsü ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirilib və mədəniyyətlərarası dialoq təşviq edilib. Bu fəaliyyətlər Azərbaycanı yalnız regionda deyil, həm də bütün dünyada humanitar əməkdaşlıq platforması kimi tanıdıb.
Mehriban Əliyevanın timsalında biz həm zərif Şərq qadınını, həm də müasir Qərb liderini görürük. Onun fəaliyyəti bütün dünyanın mədəni və humanitar xəritəsində özünəməxsus iz qoyur. Şəhid ailələrinin dərdinə şərik olması, qazilərə qayğı göstərməsi, əlilliyi olan uşaqların gələcəyinə ümid verməsi, milli mədəniyyətimizi qoruyaraq Qərbin müasir dəyərləri ilə birləşdirməsi Mehriban Əliyevanı əsl humanizm simvolu kimi təqdim edir.
Bu gün doğum gününü qeyd edən Mehriban Əliyeva Azərbaycan xalqı üçün siyasi lider, həm də xeyirxahlığın, humanizmin, milli-mənəvi dəyərlərə sadiqliyin və müasir dünyagörüşün təcəssümüdür. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri