Icma.az
close
up
RU
Şərqli qərbli müqayisələrində intellektual orqazm yaşayanlar Ulucay Akif

Şərqli qərbli müqayisələrində intellektual orqazm yaşayanlar Ulucay Akif

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Milyon dəfə demişəm, yenə deyirəm, kimsə "Şərq insanı-Qərb insanı" söhbəti edirsə, belə müqayisələr aparırsa, bilin ki, həmin adamın qandığı nəsə yoxdur, sadəcə özünü ağıllı göstərməyə çalışır.

Var mənim də tanıdığım elə adamlar, təxmini belə söhbətlər edirlər:

"Monteskyö "İran məktubları" əsərində iki iranlı səyyahın gözü ilə Fransa cəmiyyətini tənqid edir. Buna görə də Şərq insanı cahildir".

Nə dəxli var, ay qaqaş?

Belə məntiqi izahı olmayan söhbətlər edirlər.

"Şərq insanı" nə deməkdir?

Yaponlar da şərq insanıdır, əfqanlar da.

İndi deyirsən ki, yaponlarla əfqanlar eyni təfəkkürə, eyni xarakterə, eyni temperamentə malikdir?

Çinlilər də şərq insanıdır, ərəblər də.

Buyur, müqayisə elə görüm bu iki tamamilə fərqli milləti.

Debilsən sən?

Ümumiyyətlə, bütün millətlərin, toplumların, xalqların özünəxas xüsusiyyətləri olur. Bu xüsusiyyətlərin bir qismi genetik olur, bir qismi də yaşadıqları rejim tərəfindən formalaşdırılır.

Məsələn, 1996-cı ildə Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirənə kimi əfqanlar çox müasir xalq idi. Sovet adamları bunu daha yaxşı bilər.

İndi kim deyə bilər, əsl əfqanlar 1996-cı ilə kimi olan əfqanlar idi, yoxsa indiki əfqanlar?

Əfqanları bu hala yaşadıqları rejim saldı.

Həmçinin İran. 1979-cu ilə qədərki İran hara, indiki İran hara?

Bilirəm, siz yenə də avamlığınızdan qalmayacaqsınız. Kimsə "Şərq insanı-Qərb insanı" deyən kimi intellektual orqazm yaşayacaqsınız, amma məndən demək, belə şeylərə aldanmayın.

İki milləti, iki toplumu, iki xalqı müqayisə etmək üçün gərək ikisi də eyni şəraitə malik olsun.

Bir norveçli ilə fələstinlini müqayisə etmək olmaz.

Birinin başına hər gün bomba yağır, digəri isə xizək sürmək üçün dünya xəritəsinə baxıb maraqlı dağ axtarır.

Sən necə müqayisə edə bilərsən bu iki milləti?

Kimsə deyə bilər ki, "fərq elə bundadır, qərblilər özlərinə sakit, sabit dövlət qura bilib, şərqlilər yox".

Düzdür, siyasətdən çayxana səviyyəsində başının çıxmağı da kifayətdir ki, Şərq ölkələrində (nəinki Şərq, həmçinin Afrika və Cənubi Amerika dövlətlərində) baş verən bütün müharibə, terror, siyasi və iqtisadi proseslərin güclü Qərb dövlətlərinin istəyi ilə gerçəkləşdiyini biləsən.

Buna rəğmən, şərqlilərin dövlət qura bilməməyi fikri ilə razılaşmıram. Təkrar etməli olacam: yaponlar da, çinlilər də şərqlidir. Məncə, Yaponiya və Çin dövlətlərinə şübhə ilə yanaşmayacağıq.

Yox, əgər "şərqlilər" deyəndə Yaxın Şərqi nəzərdə tutursunuzsa, burdan da müasir dövlət nümunələri çəkə bilərik. Məsələn, İsrail. Təhsili, elmi, səhiyyəsi, xalqın rifah səviyyəsinə görə Avropa ölkələri müqayisə oluna bilərmi? Bəli.

İsraili də Şərq saymamaq niyyətindəsiniz?

Hə, anladım, siz "şərqlilər" deyəndə ancaq ərəbləri nəzərdə tutursunuz?

Belə deyin də...

Düzdür, yəhudilərlə ərəblər, demək olar ki, eyni millətdir, bir kökdən gəlir, amma, təəssüf ki, bu mənada da haqlı çıxmayacaqsınız.

Ərəblərin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman kimi dövlətləri var Yaxın Şərqdə.

Bu dövlətlər də elm, təhsil, səhiyyə, xalqın rifahı barəsində Avropa ölkələrinin böyük əksəriyyətini geridə qoyur. Buna nə deyəcəksiniz?

Bu dövlətlər, ən pis halda, coğrafi və iqlim göstəricilərinə görə hansısa Avropa ölkəsindən geridə qala bilər, amma hətta onu da aradan qaldırmağa çalışırlar. Səhranın ortasında turistik şəhərlər yaradırlar.

Sözümün canı odur ki, "Şərq insanı - Qərb insanı" ayrı-seçkiliyi etmək, fərqli millətləri, toplumları, xalqları müqayisə etmək doğru deyil.

Məsələn, belçikalı ilə hollandiyalını hansısa müstəvidə müqayisə etmək olar, çünki ikisi də təxmini eyni şərait və rejimdə yaşayır. Həmçinin omanlı ilə yəmənlini də müqayisə edə bilərsən. Argentinalı ilə braziliyalını, kambocalı ilə vyetnamlını... Amma qəfil iraqlı ilə isveçlini müqayisə eləsən, məni gülmək tutar.

Təsəvvür edin, iki uşağınız var. Birini məktəbə, kurslara göndərirsiniz, oxumağı üçün hər cür şərait yaradırsınız, digərini isə nə məktəbə-kursa göndərirsiniz, nə də kitab-dəftər alırsınız, sonra onların imtahan nəticələrini müqayisə edirsiniz.

"Şərqli-qərbli" müqayisələri də belə görünür.

“Molla Nəsrəddin: Çətin günlərimin dostu” filminin Özbəkistan mərhələsi çəkilir Səməd Vurğunun pianoçu nəticəsi: "Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb" - Müsahibə Məşhur müğənni vəfat etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri