Icma.az
close
up
RU
Sertifikasiyanı DİM keçirərsə: Müəllimlər üçün “son zəng” çalınacaq?

Sertifikasiyanı DİM keçirərsə: Müəllimlər üçün “son zəng” çalınacaq?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn sınaq platforması 17 mart 2025-ci ildən etibarən ictimaiyyətə təqdim edilib. 

Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir. 

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə onlayn platformanın təqdimatı zamanı ictimaiyyətə müraciət edərək yeni imtahan modelinin təkmilləşdirilməsi üçün ən az iki min nəfərin imtahanda iştirakının vacib olduğunu vurğulayıb. O, hər kəsi bu imtahanın ödənişsiz qaydada təşkil edilən sınaq prosesində iştiraka dəvət edib. 

Qeyd edək ki, bu günə qədər onlayn sınaq platformasında 524 nəfər qeydiyyatdan keçib və onlardan 410 nəfər sınaq imtahanında iştirak edib. Ölkəmizdə ilk dəfə tətbiq olunan bu imtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Azərbaycan dili üzrə DİM tərəfindən ümumi sertifikasiyanın keçirilməsi bir sıra iddiaları da özü ilə birlikdə gətirib. Hazırda Azərbaycan dili fənnini tədris edən müəllimlər Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən sertifikasiyadan keçirilir, amma bəzi ekspertlərin fikrincə, bir müddət sonra Dövlət İmtahan Mərkəzi tərəfindən bütün müəllimlərin ümumi sertifikasiyaya cəlb olunması prosesi başlayacaq. 

Sertifikasiyanın DİM tərəfindən təşkili müəllimlər üçün problemlərə yol açacaqmı? 

“Nəticələr sistemdə olan real vəziyyəti ortaya qoyur”

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycan dili fənni üzrə keçirilən sertifikasiya prosesindən sonra Dövlət İmtahan Mərkəzinin (DİM) müəllimlərin ümumi sertifikasiyası təşəbbüsü yeni mərhələyə keçid kimi təqdim olunsa da, bu prosesin sistemə və müəllimlərə təsiri hələ də müzakirə mövzusudur: 

“Bu təşəbbüs ilk baxışdan təhsildə keyfiyyətin yüksəldilməsi məqsədi daşıyır, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından vacib alət kimi təqdim olunur. Lakin praktiki tətbiq, hüquqi əsaslandırma, proqram uyğunluğu və sosial nəticələr baxımından təhlil edildikdə, bu yanaşmanın həm güclü tərəfləri, həm də ciddi riskləri ortaya çıxır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsinə əsasən, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və onların fəaliyyətinin stimullaşdırılması üçün sertifikasiya mexanizmləri tətbiq edilə bilər. Lakin həmin qanunda sertifikasiyanın hansı qurum tərəfindən keçirilməli olduğu açıq şəkildə müəyyən edilməyib. Bu isə hüquqi cəhətdən qeyri-müəyyənlik yaradır. 

Təhsil müəssisələrində tədrisin məzmunu və proqramları Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən müəyyən edilir. DİM isə qiymətləndirmə orqanı kimi fəaliyyət göstərsə də, məktəb proqramlarına uyğunluğu təmin etmək ETN-in funksional səlahiyyətləri çərçivəsindədir. Nəticədə, qiymətləndirməni həyata keçirən qurumun tədris proqramını müəyyən etməyən qurum olması müəyyən ziddiyyətlərə səbəb olur. 

2023-cü ildə keçirilən Azərbaycan dili müəllimlərinin sertifikasiyası zamanı 12 mindən çox müəllim imtahanda iştirak etmiş və onların yalnız 66 faizi keçid balını toplaya bilmişdi. Eyni ildə riyaziyyat fənni üzrə bu göstərici daha da aşağı, təxminən 43 faiz təşkil etmişdi. Bu nəticələr bir tərəfdən sistemdə olan real vəziyyəti ortaya qoyur, digər tərəfdən isə imtahanın məzmununun tədris olunan proqramlarla uyğunlaşmaması məsələsini gündəmə gətirir. Məlum olub ki, bəzi testlərdə müəllimlər dərsliklərdə rast gəlmədikləri və ya yalnız ali məktəb səviyyəsində öyrəndikləri anlayışlarla qarşılaşıblar. Bu da sualların məktəb proqramı ilə tam uzlaşmadığını göstərir”. 

“DİM-in hazırladığı testlər real tədris prosesini əks etdirmir”

Ekspert deyir ki, müsbət tərəfdən baxıldıqda, sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsinin diaqnostik qiymətləndirilməsi üçün effektiv mexanizmdir: 

“Bu proses müəllimləri öz üzərində işləməyə təşviq edir, zəif nəticə göstərənlər üçün təkrar hazırlıq imkanları yaradır və nəticə əsasında maaş diferensiasiyası tətbiq olunur. Sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqqına əlavə verilməsi (“Təhsil haqqında” Qanun, 30.4) onların motivasiyasını artırmaq üçün nəzərdə tutulub. 

Həmçinin, bu mexanizm qeyri-funksional kadrların sistemdən uzaqlaşdırılması üçün inzibati vasitə kimi də çıxış edə bilər. Lakin sertifikasiyanın kütləviləşdirilməsi, xüsusilə bütün fənlər üzrə eyni strukturla tətbiq olunması əlavə problemlər yarada bilər. DİM-in hazırladığı testlər çox vaxt akademik nəzəriyyəyə və standart test formatına əsaslandığı üçün sinifdəki real tədris prosesini əks etdirmir. Xüsusilə regionlarda çalışan müəllimlər mövcud dərslik və metodik vəsaitlərlə məhdud imkanlarla işlədikləri üçün bu testlərə hazırlaşmaqda çətinlik çəkirlər. Həmçinin, psixoloji yük və sosial gərginlik səbəbindən bəzi müəllimlər testlərin formatını başa düşmədən, stress altında nəticə göstərirlər. Bu isə onların peşəkar potensialının obyektiv qiymətləndirilməsinə mane olur”. 

Sertifikasiyanı DİM keçirərsə...

Ekspertin sözlərinə görə, dünya təcrübəsində müəllimlərin sertifikasiyası təkcə test üsulu ilə deyil, müxtəlif qiymətləndirmə alətləri ilə həyata keçirilir: “ Məsələn, Sinqapurda müəllimlərin qiymətləndirilməsiportfoliolar, sinif müşahidələri və fənn üzrə praktiki tapşırıqlarla ölçülür. Finlandiyada isə müəllim hazırlığı elə ali məktəb səviyyəsində ciddi şəkildə həyata keçirildiyi üçün karyera dövründə məcburi sertifikasiya prosesi yoxdur. ABŞ-də isə “NationalBoardCertification” prosesi çərçivəsində müəllimlər könüllü şəkildə yüksək səviyyəli sertifikat alır və bu, onların əməkhaqqı və nüfuzuna təsir edir. 

Bu təcrübələr göstərir ki, yalnız testə əsaslanan qiymətləndirmə, xüsusilə də proqramla uyğunlaşdırılmamış testlər, müəllimin fəaliyyətini tam və obyektiv əhatə edə bilmir. Sertifikasiyanın DİM tərəfindən tam şəkildə həyata keçirilməsi üçün ilk növbədə imtahan məzmunu ilə məktəb proqramları arasında tam uyğunluq təmin olunmalıdır. Proqram, dərslik və qiymətləndirmə mexanizmi arasında inteqrasiya yaradılmadan həyata keçirilən testlər, əslində, müəllimi deyil, sistemi zəif göstərə bilər. 

Sertifikasiya prosesi yalnız diaqnostik yoxlama yox, eyni zamanda müəllim inkişafı strategiyasının bir parçası olmalıdır. Təkrar imtahan imkanları, pulsuz hazırlıq resursları, mentorluq dəstəyi və psixoloji hazırlıq bu prosesin vacib komponentləri kimi nəzərdən keçirilməlidir. Əgər bu sahədə islahatlar sistemli yanaşma ilə aparılmasa, sertifikasiya müəllimlərin peşə inkişafına deyil, sistemdən uzaqlaşmasına səbəb ola bilər. 

Bu da kadr çatışmazlığı problemini daha da dərinləşdirəcək. Artıq bəzi regionlarda riyaziyyat, fizika, kimya və biologiya üzrə müəllim çatışmazlığı müşahidə olunur. Bu kontekstdə sertifikasiyanın yalnız bir növ “seçmə vasitəsi” kimi deyil, həm də peşəkar dəstək aləti kimi dizayn olunması vacibdir. Nəticə etibarilə, sertifikasiya təhsilin keyfiyyətinin artırılması üçün effektiv bir vasitə ola bilər, lakin onun tətbiqi müəllimin tədris etdiyi proqramla uyğun olmalı, qiymətləndirmə çoxşaxəli olmalı və prosesin özü pedaqoji baxımdan məqsədyönlü şəkildə həyata keçirilməlidir. Əks halda, bu sistem məktəbə keyfiyyət yox, qeyri-müəyyənlik və inamsızlıq gətirəcək”.

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: Sertifikasiya müəllimlər imtahan Kamran Əsədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri