Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa, sürücüyə niyə cinayət işi açılır? Ekspertdən AÇIQLAMA
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Qəzalarının ekspertizası zamanı müəyyən olur ki, bəzən piyadalar yolun ortasında dayanır, yaxud içkili vəziyyətdə asfalta uzanır, nəticədə də yol-nəqliyyat hadisələri qaçılmaz hal alır. Belə hallarda hadisənin səbəbləri və məsuliyyətin kimdə olduğu tez-tez mübahisə mövzusuna çevrilir.
Yolun ortasında dayanan və ya uzanan şəxs maşınla vurulursa, məsuliyyət kimdədir? Sürücü günahkardır, yoxsa piyada?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, belə halda, ümumiyyətlə sürücüyə qarşı cinayət işi açılmır, hadisə ilə bağlı cinayət işi açılır, araşdırılır orada sürücünün günahı nə dərəcədədir, ölənin günahı nə dərəcədədir:

“Bu məsələ bu formada tənzimlənməlidir, belə araşdırılmalıdır və ona uyğun qərar verilməlidir. İndi ola bilər ki, aşkar bir şəraitdir, işıqlandırılmış yoldur, sürücü qarşıda maniə olduğunu görə-görə gəlib onun üstündən keçirir.
İctimai nəqliyyat və avtobus zolaqları şəhər nəqliyyatı üçün niyə önəmlidir? – TƏHLİL - FOTO
Bu halda, təbii ki, sürücü məsuliyyət daşıyacaq. Amma yox, əgər müəyyənləşdirilsə ki, görüntü məhdudiyyəti olub, sürücü o məsafədə onu görə bilməzdi, qaranlıq şəraitidir, bu situasiyalar araşdırılsa, məlum olsa ki, burada sürücünün hər hansı bir səhvi, günahı yoxdur, günahın hamısı öləndədir. Gəlib özü də sərxoş halda uzanıb yolun ortasına, maşın da gəlib üstündən keçib, lap da yaxşı edib. Onda artıq sürücü məsuliyyətdən azad olunur, cinayət işinə xitam verilir. Amma indi Azərbaycanda o qədər pis bir təcrübə formalaşıb ki, piyada yolun kənarında uzanıb, öləndə də sürücüyə cinayət işi açırlar. Baxırsınız, heç maşına da dəyməyib, yolun qırağında yıxılıb, xəsarət alıb, başı əzilib, hansısa sürücüyə cinayət işi açırlar. Biyabırçılıqdır, yəni bu məsələlərin biz üzərinə gedirik ki, belə şeylər olmasın.
Elməddin Muradlı qeyd edib ki, bu hallarda piyadalar vəziyyətdən sui-istifadə edir:
“Bela olanında da piyadan əli qola açılır, gəlir uzanır yolun ortasına ki, maşın vursa sürücü günahkardır. Belə hadisələrin baş verməsinə görə pis nümunə yaranır. Sürücü hər dəfə günahkar ola bilməz.
Bu hadisədə də, mən düşünürəm ki, ədalətli yanaşma olmalıdır, düzgün araşdırma aparılmalıdır və objektiv qərar verilməlidir”.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















