Icma.az
close
up
RU
Səsi ilə şəfa verən sənətkar Şahnaz Haşımova Naftalanda

Səsi ilə şəfa verən sənətkar Şahnaz Haşımova Naftalanda

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naftalan – sakitliyi ilə ruhu, şəfalı nefti ilə bədəni dincəldən müqəddəs bir məkandır. Amma bu dəfə şəhərin sakitliyini başqa bir avaz yarıb keçdi. Bu səs təkcə musiqi deyildi – bu, müalicə idi, mərhəmət idi, şəfqət idi. Bu, Xalq artisti Şahnaz Haşımovanın səsi idi…

Avqustun 8-də Naftalanda unudulmaz bir musiqi axşamı yaşandı. Şahnaz Haşımova açıq havada – təbiətin qoynunda səhnəyə çıxdı. O an elə bil təbiət özü də susdu ki, bu səsi eşidə bilsin. Naftalanın müalicəvi havasına bir də sənətin şəfası əlavə olundu.

Şahnaz xanımın ifası həmin gün təkcə dinləyiciləri deyil, bütün bir mühiti dəyişdi. Onun səsi yayıldıqca, insanın içinə bir rahatlıq çökürdü. Naftalan haqqında ilk dəfə ifa etdiyi yeni bəstəsi, Qızıl Fonda daxil olmuş “Qaragilə” mahnısı, ürəkləri yerindən oynadan “Kəsmə, şikəstə”si, doğma yurduna ithaf olunan “Gəncəm” mahnısı dinləyənlərə həm zövq, həm qürur, həm də duyğulu anlar yaşatdı.

Tədbirdə ailəsi də onun yanında idi – həyat yoldaşı, musiqişünas Eldar müəllim, oğlu Tural və nəvələri. Əsl sənətkar ailəsi necə olmalıdırsa, məhz o şəkildə! Gəncə Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən oğlu Turalın da səhnəyə çıxaraq ifa etdiyi mahnılar tədbirə yeni bir rəng qatdı. Turalın səsində həm ata yurdu Gəncənin zəngin musiqi ruhu, həm də ailəsindən aldığı sənət tərbiyəsi hiss olunurdu.

Tədbirdə şəhid anaları da iştirak edirdi. Şahnaz xanım onların hər birini qucaqladı, onlarla birlikdə şəkil çəkdirdi, göz yaşlarını öz səsi ilə silməyə çalışdı. Onlara ithaf etdiyi mahnı isə bir növ təsəlli, minnətdarlıq, səssiz bir dua idi.

Konsertin gedişində sanatoriyada dincələnlər və Şahnaz xanımı yaxından tanıyanlar ürək sözlərini bölüşdülər. Tarix üzrə fəlsəfə doktoru Amalya Qasımova, Naftalan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva və başqaları çıxış edərək sənətkarın yüksək sənətini, insani keyfiyyətlərini  və xalqına olan bağlılığını vurğuladılar. Onlar qeyd etdilər ki, Şahnaz Haşımova səhnədə təkcə ifa etmir – yaşadır, dərdini bölüşür, sevincini paylaşır, insanı öz-özünə daha yaxın edir.

Bu axşamda musiqi sadəcə musiqi deyildi. Bu, həm də bir şəfa seansı idi. Elə bil Naftalanın nefti ilə yanaşı, bir də səsin müalicə gücünü kəşf etdik. Bu güc isə Şahnaz Haşımovanın səsində idi – onun ruhunun, sevgisinin, sənətinin təmizliyində idi.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Naftalan şəhəri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri