Icma.az
close
up
RU
Səsi milyonları ayağa qaldırır Ən məşhur mahnısı necə yaranıb?

Səsi milyonları ayağa qaldırır Ən məşhur mahnısı necə yaranıb?

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az bu dəfə sizə onun həyatı, yaradıcılığı və çoxlarının bilmədiyi maraqlı faktları təqdim edir.

Şəmistan Əlizamanlı 1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 

1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçir. 

1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyir.

Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərirlər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirir.

1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayır. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırmışlar və onun səsi üzərində dayanırlar. Həmin ilin iyulun 7-dən Azərbaycan Televiziyası ilə efirdə, hərbi geyimdə hərbi diktor kimi cəbhə bölgəsində olan vəziyyəti xalqa çatdırmağa başlayır.

1992-ci ilin oktyabrından hərbi ştata keçərək leytenat rütbəsi alır.

Bəlkə də çoxları bilmir ki, Şəmistan Əlizamanlının ən məşhur əsərlərindən olan “İgid əsgər” mahnısı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunub. Bu mahnının arxasında isə xəstəxana otağında verilən bir söz və qəhrəmanlıqla dolu təsirli bir həyat hekayəsi dayanır.

Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanada müalicə alarkən Şəmistan Əlizamanlı ilə eyni palatada qalır. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu “İgid əsgər, möhkəm dayan” mahnısını yazır. Mahnının sözlərini bəyənən Yusif Mirzəyev Şəmistan Əlizamanlıdan onu ifa etməsini xahiş edir. Şəmistan Əlizamanlı isə mahnını oxuyacağına və Yusif Mirzəyevə həsr edəcəyinə söz verir.

Daha sonra Yusif Mirzəyev müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıdır və 1993-cü il fevralın 19-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəmistan Əlizamanlı da verdiyi sözə əməl edərək “İgid əsgər” mahnısını onun xatirəsinə həsr edir.

Sonradan Şəmistan Əlizamanlı "Cənab Leytenant","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan",  "Vətən əmanəti", "Can Azərbaycan", "Birinci batalyon", , "And içirəm", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun" və s. mahnılarını da ifa etməyə başlayır.

Hazırda onun ifa etdiyi mahnılar Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənir. O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.
Bundan əlavə, Şəmistan Əlizamanlı Türkiyədə də geniş fəaliyyət göstərir. Onun bəstələdiyi və ifa etdiyi "Zafer Bismillah" mahnısı 2019-cu ildə Türkiyədə Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasının seçki musiqisi olub.

Şəmistan Əlizamanlının səsi təkcə Azərbaycanda deyil, Türkiyənin milyonlarla izləyicisi olan “Diriliş Ərtoğrul” serialında da səslənib. O, serialda ozan obrazında çıxış edərək “Allah türkə yar olsun” mahnısını ifa edib və tamaşaçıların rəğbətini qazanıb. Dünyanın 185 ölkəsində 25-dən artıq dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi serialda, onun ifa etdiyi bu mahnı və rol aldığı səhnə rekod sayda baxışla yadda qalıb.

Ailəsi haqqında çox danışmağı sevməyən Şəmistan Əlizamanlının bir qızı və bir oğlu var.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyun 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri