Icma.az
close
up
RU
İnsan necə yaranıb? Ən məşhur 6 nəzəriyyə

İnsan necə yaranıb? Ən məşhur 6 nəzəriyyə

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yer üzündə ilk insanın necə yaranması ilə bağlı çoxsaylı fərziyyələr mövcuddur. Dini nəzəriyyəyə inananlar başlanğıcın Adəm və Həvvadan gəldiyini düşünürlər, Darvin tərəfdarları insanla meymunun eyni kökdən gəldiyinə inanır, fantastikanı sevənlər isə nəzərlərini yadplanetlilərə yönəldirlər. 

Lent.az sizə insanın mənşəyi ilə bağlı ən məşhur yeddi nəzəriyyəni təqdim edir. Hansını qəbul edəcəyiniz isə öz qərarınızdır.

Alimlərin insanın haradan gəldiyinə dair bütün fərziyyələrini şərti olaraq üç qrupa bölmək olar:

Xarici müdaxilə nəzəriyyəsi – burada insanın sadəcə hansısa yolla Yerə gətirildiyi düşünülür.

Dini nəzəriyyə – məsələn, xristianların müqəddəs kitabı Bibliyada Adəm və Həvva ilə insan nəslinin başladığı deyilir.

Təkamül nəzəriyyəsi – insanın bioloji proseslər nəticəsində formalaşdığını iddia edir.

Gəlin insanın yaranmasına dair altı əsas versiya ilə tanış olaq:

1. Katastrofizm

Xristian dinindəki dini nəzəriyyə Bibliyaya əsaslanır. Burada deyilir ki, Tanrı əvvəl Adəmi, sonra isə onun qabırğasından Həvvanı yaradıb. Onları öz obrazında yaratdığı üçün onlara təkcə zahiri bənzərlik yox, həm də ruh, ağıl və şüur bəxş olunub.

Bu nəzəriyyəyə inananlara kreasionistlər, fəlsəfi cərəyanın özünə isə kreasionizm deyilir.

Kreasionizm əsasında yaranmış başqa bir nəzəriyyə isə katastrofizmdir. Onu ilk dəfə Jorj Kyuvye XVIII–XIX əsrlərin qovşağında irəli sürüb. O, Tanrının Yeri bir neçə dəfə yaratdığını və sonra ona bəyənmədiyi hallarda fəlakətlər (asteroidlər, zəlzələlər, daşqınlar və s.) göndərdiyini iddia edirdi.

Bu nəzəriyyə dinozavr sümüklərinin izahını verməyə çalışsa da, nə Bibliyaya tam zidd gedirdi, nə də onu tam təsdiqləyirdi. Təəssüf ki, Kyuvyenin versiyası o dövrdə cəmiyyət tərəfindən qəbul edilmədi.

2. İnsanlar primatların nəslidir – Darvinin nəzəriyyəsi

1859-cu ildə Britaniyalı alim Çarlz Darvin alternativ bir fikir irəli sürdü. O, insanın primatlardan təkamül yolu ilə gəldiyini izah edən məşhur kitabını yazdı.

Darvinin fikrincə, meymunlar təbii seçmə yolu ilə insana çevrilib. Müasir alimlər də bu fikri müəyyən qədər təsdiqləyiblər:

Homo habilis (bacarıqlı insan) təxminən 3 milyon il əvvəl yaşayıb.

300 000 il əvvəl isə insanın zahiri görünüşü dəyişib.

Homo sapiens növü isə 40 000 ildən daha əvvəl mövcud olub.

Bu tapıntılar göstərir ki, Darvinin nəzəriyyəsi indiyədək ən geniş qəbul olunmuş versiya olaraq qalır.

3. Əmək sayəsində təkamül – Engelsin versiyası

1870-ci ildə alman filosofu Fridrix Engels öz fərdi fikrini irəli sürdü. O, Darvinlə razılaşaraq insanın primatlardan gəldiyini dedi, lakin onları insana çevirən faktorun təkcə təbiət yox, əmək olduğunu iddia etdi.

Əsas arqumentləri:

Meymunlar əl və qollarını azad etmək üçün dik yeriməyə məcbur oldular.

Əmək alətləri ilə işləyərək əlləri daha da inkişaf etdilər.

Qrup halında əmək meymunlar arasında ünsiyyəti və nitqin yaranmasını təmin etdi.

Zehni və fiziki fəaliyyət beynin inkişafına səbəb oldu.

Engelsə görə, bəşər mədəniyyəti əmək nəticəsində formalaşmışdır. Bu nəzəriyyə bir çox alimlər tərəfindən məntiqli hesab olunur.

4. Mutasiya nəzəriyyəsi – de Frisin baxışı

XX əsrin əvvəllərində hollandiyalı alim Huqo de Friz də təkamül nəzəriyyəsini dəstəklədi, lakin insanın təsadüfi mutasiyalar nəticəsində yarandığını irəli sürdü.

Onun fikrincə:

Yer üzündə həmişə müxtəlif canlılar olub;

Bəziləri yoxa çıxıb, bəziləri isə mühitə uyğunlaşaraq dəyişib;

Milyonlarla illik təkamül prosesi nəticəsində sadə canlılardan insan yaranıb.

De Friz göstərirdi ki, ilk insanın şərqi Afrikada yaşaması təsadüfi deyil – çünki həmin bölgədə uran ehtiyatları, vulkanlar, yeraltı təkanlar və radiasiya yaşayışı mümkünsüz edirdi. Ona görə də çətin mühitdə yaşayan sadə orqanizmlər mutasiyaya uğrayaraq insana çevriliblər.

5. Su nəzəriyyəsi – akvatik nəzəriyyə

1960-cı ildə britaniyalı bioloq Alister Hardi akvatik nəzəriyyəni irəli sürdü. O iddia edirdi ki, bütün primatlar meşələrdə yaşamırdı – bəziləri dəniz və okean sahillərində məskunlaşmışdı.

Onlar suyun dibindən yemək tapır, buna görə də uzun müddət suda qalaraq adaptasiya olurdular:

Bədənləri düzləşir və iki ayaq üstə yeriməyə başlayırlar;

Suya daxil olmaq üçün tükləri seyrəlir və tüklənmə azalır. Hardi bu fikrini yenidoğulmuş uşaqların su altında nəfəsi saxlaması və üzə bilməsi kimi faktlarla əsaslandırır.

Həmçinin, insanın dərialtı piy qatının su məməlilərində olduğu qədər qalın olduğunu qeyd edirdi.

Amma digər alimlər bu versiyaya skeptik yanaşırlar.

6. Panspermiya – həyat kosmosdan gəlib?

İlk dəfə bu fikir e.ə. V əsrdə Anaksaqor tərəfindən irəli sürülmüşdü. Sonradan bir çox alimlər bu nəzəriyyəni daha elmi şəkildə inkişaf etdirdilər.

Panspermiya – həyatın Yerə kosmosdan gətirilməsi fikridir. Versiyalar müxtəlifdir:

Mikroorqanizmləri yadplanetlilər gətirib;

Yadplanetlilər Yerə gəlib və insanların nəsil davamçıları olublar;

İnsan kimi canlılara çevriləcək orqanizmlər asteroid və ya kometa ilə Yerə düşüb.

Bu nəzəriyyəyə inananlar əmindirlər ki, həyat kosmosda yaranıb, lazımi maddələr (amin turşuları, şəkərlər, RNT üçün komponentlər) nə vaxtsa Yerə gətirilib.

Əleyhdarları isə deyir ki, heç bir mikroorqanizm kosmik soyuqda və radiasiyada yaşaya bilməzdi.

Lakin bu nəzəriyyə hələ də bir çox alimlərin, xüsusilə astronomların marağını cəlb edir.

Sonda hansı nəzəriyyəyə inanacağınıza yalnız siz qərar verə bilərsiniz. İnsan mənşəyi hələ də ən maraqlı və mübahisəli suallardan biri olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see227

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see176

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see175

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see172

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see172

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see172

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see171

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see168

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see167

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see166

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see160

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see159

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see159

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see155

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see154

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see153

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see152

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see150

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri