Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Səsi yalnız siz eşidəcəksiz: Yeni texnologiya sayəsində qulaqlıqlara ehtiyac qalmayacaq

Səsi yalnız siz eşidəcəksiz: Yeni texnologiya sayəsində qulaqlıqlara ehtiyac qalmayacaq

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Təsəvvür edin ki, nə qulaqlıqdan, nə də dinamikdən istifadə etmədən musiqi dinləyirsiniz, bir podkasta qulaq asırsınız və ya insanlarla dolu bir məkanda məxfiliyiniz pozulmadan xüsusi bir danışıq aparırsınız. Üstəlik, ətrafınızdakı heç kim nə dediyinizi eşitmir və narahat olmur.

Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, bu təsvir elmi fantastika kimi səslənsə də, alimlərin üzərində işlədiyi yeni texnologiya bu vəziyyəti gerçəyə çevirməyə çox yaxındır.

Son araşdırmalara əsasən, səsi yalnız istənilən məkanda eşidilə bilən hala gətirən bir metod hazırlanıb. Tədqiqatçılar bu üsulu "eşitmə zonaları" və ya daha cəlbedici bir ifadə ilə "səs qabarcıqları" adlandırırlar. Bu innovasiya səs dalğalarını yalnız müəyyən bir sahədə eşidilə biləcək şəkildə məhdudlaşdıraraq əyləncə, rabitə və iş rejimimizi dəyişdirmə potensialına malikdir.

Səs necə yalnız müəyyən bir yerdə eşidilir?

Əvvəlcə, səsin necə yayıldığını anlamaq lazımdır: Səs, havada yayılmış titrəyişlərdən ibarətdir və ümumiyyətlə hər istiqamətə yayılır. Xüsusilə aşağı tezlikli səslər (məsələn, bas gitaranın səsi) daha geniş əraziyə yayılır. Buna görə səsin yalnız müəyyən bir nöqtədə qalması çətin bir problemdir.

Bu çətinliyi aradan qaldırmaq üçün alimlər ultrasəs dalğalarından istifadə ediblər. Ultrasəs dalğaları da adi səs dalğaları kimi havada yayılır, lakin insan qulağı onları eşidə bilmir.


Səs davamlı dalğada hərəkət edən hissəciklərdən ibarətdir

Tədqiqatçılar iki fərqli tezlikdə ultrasəs dalğası yaradaraq, onları havada çarpazlaşdırıb məhz kəsişmə nöqtəsində eşidilə bilən bir səs əldə etməyə nail olublar. Bu nöqtədə dalğaların tezlik fərqi qədər bir səs əmələ gəlir və yalnız həmin məkanda eşidilə bilir.

Daha maraqlısı isə ultrasəs dalğalarının düz istiqamətdə getmək məcburiyyətində olmamasıdır. Xüsusi materiallardan istifadə edərək bu dalğaları yönləndirmək və əymək mümkündür. Bu texnologiya səs dalğalarını, işığın linzalar vasitəsilə istiqamətinin dəyişdirilməsinə bənzər şəkildə yönləndirə bilir.

Nəticədə, otağın bir küncündən göndərilən səs dalğaları, yalnız müəyyən bir yerdə oturan şəxs tərəfindən eşidilə bilər.

Mükəmməl səslənsə də…

Bu texnologiya tam mənasıyla inqilabi bir yenilikdir.

* Bir muzeydə qulaqlıq taxmadan sizə xüsusi bələdçilik xidməti göstərilə bilər.

* Ofisdə heç kimi narahat etmədən motivasiya musiqisi dinləyə bilərsiniz.

* Avtomobil səyahətlərində sərnişinlər istədikləri musiqini dinləyərkən, sürücü yalnız naviqasiya sisteminin səsini eşidə bilər.

* Səs çirkliliyini azaltmaq və ya sakit mühitlər yaratmaq mümkündür.


İki ultrasəs şüasının kəsişdiyi nöqtədə eşidilən bölgələr əmələ gəlir

Bəs bu texnologiya nə zaman həyatımıza girəcək?

Təəssüf ki, hələlik yox. Bu üsul bəzi texniki problemlərlə üzləşir.

* Səsin keyfiyyəti bəzi hallarda pozula bilir.

* Ultrasəs dalğalarını kifayət qədər güclü yaymaq böyük enerji tələb edir.

* Bu da portativ cihazlarda istifadəsini çətinləşdirir.

Bununla belə, alimlər bu texnologiyanın böyük potensiala malik olduğuna inanırlar.

Gələcəkdə səs yalnız istədiyimiz yerdə və istədiyimiz şəxs tərəfindən eşidiləcək. Ola bilər ki, bir gün insanlarla dolu bir kafedə oturaraq, heç kimi narahat etmədən film izləmək və ya telefon danışığı aparmaq gündəlik həyatımızın adi bir hissəsinə çevrilsin.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri