Sesk Fabreqas Vinisius və Xabi Alonso qalmaqalına münasibət bildirib
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın “Komo” futbol komandasının baş məşqçisi Sesk Fabreqas “Real Madrid”də Vinisius Junyor və keçmiş baş məşqçi Xabi Alonso arasında yaşanan gərginlik barədə danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis komanda daxilində nizam-intizamın və birlik prinsipinin hər şeydən üstün olduğunu bildirib.
“Vinisius və Xabi Alonso? Düzgün qərar verməyə hazır olmaq lazımdır. Ən əsası, səni daha yaxşı məşqçi edən və yaxşı komanda qurmağa imkan verən amil - komanda barədə düşünməkdir. Heç kim komandadan yaxşı deyil, heç kim komandadan üstün deyil.
Əgər komandanı birləşmiş və güclü etsən, getmək istəyən istədiyi yerə gedə bilər. Amma sən hər zaman komandanın hörmətini qazanacaqsan və uzunmüddətli perspektivdə hər şey daha yaxşı olacaq”, - deyə Fabreqas vurğulayıb.
Onun sözlərinə görə, baş məşqçi üçün əsas məsələ ulduz futbolçuların fərdi statusu yox, kollektivin bütövlüyünü qorumaqdır. İspaniyalı mütəxəssis hesab edir ki, komanda daxilində qaydalar hamı üçün eyni olmalıdır və bu prinsip uzun müddətdə məşqçinin nüfuzunu gücləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 12 May 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















