Icma.az
close
up
RU
ŞƏT də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir?

ŞƏT də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir?

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Çin lideri Si Cinpin Çin və Rusiyanın dəyişən qlobal nizamda yeni geosiyasi ağırlıq mərkəzi kimi meydana çıxa biləcəyinə ümid etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) gücünü və birliyini nümayiş etdirmək üçün qismən Pekində və Tiancində təşkil edilən çoxgünlük yarışmaya rəhbərlik etdi. Azərbaycan lideri İlham Əliyevin də bu barədə bir-iki sözü ola bilər.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
Azərbaycan ŞƏT ölkələri arasında bir neçə qaynar mübahisədə və kəskin rəqabətdə mərkəzi rol oynayır. Bu, prezident Si Cinpinin Qərbin qlobal gündəminə qarşı çıxmaq üçün yaradılan təşkilatın imicinə xələl gətirir.
Mübahisələr təşkilat daxilində əhəmiyyətli çatışmazlıqları üzə çıxarıb. Yəni ŞƏT-in NATO və Avropa İttifaqı ilə rəqabət apara bilən “dialoq platforması” kimi hazırkı statusuna dair suallar doğurur.
Bakı 2016-cı ildən ŞƏT çərçivəsində “dialoq tərəfdaşıdır”. Lakin sentyabrın 1-də Tiancin sammitində Hindistan Azərbaycanın tamhüquqlu üzvlük ərizəsinə mane olub. Rəsmi Dehli bu hərəkətini açıq şəkildə izah etməyib.
Bununla belə, Azərbaycan ekspertləri Dehlinin rədd cavabı barədə fikir bildirməyə tələsdilər. Əksəriyyət bu qərarın Hindistanın ŞƏT üzvü Pakistanla əbədi rəqabəti ilə bağlı olduğuna inanır, bəziləri isə Bakının Pakistanla yaxın strateji münasibətlərinin veto qoymağa səbəb olduğunu deyir.
Azərbaycan parlamentinin deputatı olan bakılı politoloq Rasim Musabəyov Hindistanın Çinin ŞƏT-ə rəhbərlik etməsinə qarşı olduğunu və bu səbəbdən təşkilatın genişlənməsində maraqlı olmadığı fərziyyəsini irəli sürüb.
Baş nazir Narendra Modi "başa düşür ki, təşkilat əsasən Hindistanın deyil, Çinin ətrafında formalaşıb. Çin isə Hindistanın bir nömrəli rəqibidir - sadəcə rəqib deyil, həm də böyük rəqibdir, - Musabəyov deyib. - Hindistan tam başa düşür ki, onun təcavüzkar planlarını həyata keçirməsinə mane olan məhz Çinin Pakistana verdiyi dəstəkdir”.
“Mən Hindistanın ŞƏT-də perspektivini görmürəm”, - Musabəyov əlavə edib.
Modi ŞƏT sammitində iştirak edib, lakin Yaponiyanın İkinci Dünya müharibəsində təslim olmasının 80-ci ildönümünü qeyd etmək üçün sentyabrın 3-də Tyananmen meydanında Çin hərbi paradına qatılmayıb.
Əliyev həm ŞƏT-in sammitində, həm də paradda iştirak edib. Sammit çərçivəsində o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan da daxil olmaqla, digər regional liderlər və Çinin biznes rəhbərləri ilə çoxlu görüşlər keçirib.
Əliyevin görüşünün gündəliyində nəzərəçarpacaq bir istisna var idi – Rusiya lideri Vladimir Putin.
İki tərəf arasında görüşün yoxluğu – bu, Azərbaycanla Rusiya arasında soyuqlaşmanı göstərir. Dekabrın sonlarından Kreml Azərbaycanın mülki təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən təsadüfən vurulmasına görə məsuliyyəti öz üzərinə götürməkdən imtina etdikdən sonra münasibətlər donmuş vəziyyətdədir. O vaxtdan bəri qarşılıqlı nifrət yüksəlib və yayda iki Azərbaycan vətəndaşının Rusiyada həbsdə ölməsi ilə daha da artıb. Azərbaycan rəsmiləri ikilinin işgəncələrə məruz qaldığını iddia edir.
Bakı və Rusiya arasında uzun müddət davam edən mübahisə ŞƏT-in potensial genişlənməsi və inkişafı üçün əlavə problemlər yaradır. Həm də nəzərə alsaq ki, Bakı qarşıdakı onilliklərdə qlobal nizamı formalaşdırmağa kömək edəcək iki böyük ticarət şəbəkəsində əsas çarx rolunu oynayır - Çin, Pakistan, İran və Rusiyanı birləşdirən Şimal-Cənub marşrutu və ABŞ/Aİ-nin dəstəklədiyi Transxəzər/Orta Dəhliz.
ŞƏT-in imtinası Bakıya ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış Azərbaycan-Ermənistan müvəqqəti sülh sazişinin himayəsi altında ABŞ və Avropa ilə daha güclü əlaqələri inkişaf etdirməyə təkan verir.
Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə gəlincə, o, çox güman ki, hələ dibinə gedib-çıxmayıb.
Avqustun sonlarında televiziyaya müsahibəsində - Azərbaycan-Ermənistan sülh sazişini və Orta Dəhliz üçün potensial faydaları gündəmə gətirərkən - Əliyev Azərbaycanda Sovet/Rusiya irsinə nəzər salaraq ölkənin Rusiya qüvvələri tərəfindən “işğal edildiyini” söyləyib. O vaxtdan bəri Rusiya dövlətinin nəzarətində olan KİV-də Azərbaycan və şəxsən Əliyevə qarşı davamlı olaraq tənqidlər səsləndirilir.
Azərbaycan hökumətinə yaxın media sentyabrın 2-də parlament komitəsinin bəyanatını dərc edərək, Kremlin təşkil etdiyi “Rusiya cəmiyyətində Azərbaycan əleyhinə əhval-ruhiyyəni qızışdırmaq məqsədi daşıyan” informasiya kampaniyasını pisləyib.
Azərbaycan hökumətinin təfəkkürünü əks etdirən Caliber.az-ın dərc etdiyi şərhdə Bakının Rusiyanın “anti-Azərbaycan isteriyasına” səbrinin tükəndiyi göstərilir.
“Uzunmüddətli, sistemli, sağalmaz anti-Azərbaycan kampaniyasını nəzərə alsaq, görünür ki, Azərbaycan tərəfinin Azərbaycana qarşı bu çirkin isteriyaya birdəfəlik son qoymasının vaxtı çatıb, - şərhdə deyilir. - Biz əminik ki, ölkəmizdə bunun üçün çox təsirli vasitələr var”.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri