Icma.az
close
up
RU
ŞƏT sammiti və Cənubi Qafqaz: Çin Ermənistanla da strateji tərəfdaş oldu

ŞƏT sammiti və Cənubi Qafqaz: Çin Ermənistanla da strateji tərəfdaş oldu

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çin ilə Ermənistan arasında strateji tərəfdaşlıq statusu təsis edilib. Bununla da Ermənistan Çinin Cənubi Qafqazda strateji tərəfdaşı olduğu sonuncu ölkə olub. Belə ki, 2023-cü ildə Gürcüstan və Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə keçdiklərini bəyan edib, 2024-cü ildə isə Astanada "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub.

Bəs belə olanda, yəni Çinin Azərbaycan və Gürcüstanla bağlantısının gücləndiyi bir məqamda, İrəvanla da strateji tərəfdaşlığın yaradılmasını Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi baxımdan necə dəyərləndirmək olar? Nəzərə alsaq ki, son dövrlər Rusiyanın regionda təsir dairəsi də sürətlə azalır, Pekinlə tərəfdaşlıq bu istiqamətdə də maraq doğurur. Çinin bu kontekstdə iqtisadi və siyasi alternativ təqdim etməsi, Cənubi Qafqaz ölkələrinin bu ölkə ilə daha dərin inteqrasiyasını asanlaşdırır.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Zaur Şükürov bildirib ki, Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 21 ölkə liderinin və 10-dan çox beynəlxalq təşkilatın iştirakı ilə baş tutan növbəti Sammiti istər ikitərəfli əlaqələrin qurulması, istərsə də ŞƏT çərçivəsində əməkdaşlığın növbəti dövr üçün hədəflərinin müəyyən edilməsi baxımından yadda qaldı:

"ŞƏT-də dialoq tərəfdaşı statusunda olan (bu Sammit zamanı ŞƏT üzv ölkələri "müşahidəçi" və "dialoq tərəfdaşı" statuslarını vahid "ŞƏT tərəfdaşı" statusunda birləşdirməyi qərara aldılar) Azərbaycanın Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə səfər etməsi və yüksək səviyyədə qarşılanması Azərbaycan liderinə və ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycan Prezidentinin regionda yaratdığı yeni geosiyasi reallıq ölkəmizlə daha sıx əməkdaşlıq etmək niyyətində olan ölkələrin və təşkilatların coğrafiyasını genişləndirməkdir və şübhə etmirik ki, bu proses davamlı olacaq".

"Uzun illər Ermənistanın işğalı altında olmuş torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa edilməsi təkcə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinin həyata keçirilməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrasının təmin edilməsi anlamına gəlmir, bu həm də Cənubi Qafqazda sülh, sabitlik və inkişaf üçün geniş imkanların açılması deməkdir. Məhz 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş uğurları bunun məntiqi nəticəsi hesab etmək olar. Unutmayaq ki, Azərbaycanın yaratdığı bu yeni hərbi-siyasi, iqtisadi, logistik konfiqurasiya Ermənistan üçün də əlverişli fürsət və geniş imkanlar vəd edir. İşğalçılıq siyasətinin nəticəsində bütün regional layihələrdən kənarda qalmış Ermənistan Azərbaycanın sülh gündəliyindən bəhrələnərək, beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirməkdə niyyətli görünür. ŞƏT Zirvə görüşü çərçivəsində Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünikenin imzalanması, həmçinin Azərbaycan və Gürcüstandan sonra Çinin Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq bərədə qərar qəbul etməsi məhz bu reallıqların nəticəsi kimi qiymətləndirilə bilər", - deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, təxminən 19 trilyon ABŞ dolları həcmində ÜDM ilə dünyada ABŞ-dən sonra 2-ci yerdə qərarlaşan və növbəti onilliklərdə hətta 1-ci yerə yüksəlməsi ehtimal edilən Çinlə əməkdaşlığın inkişaf etdirilməsində maraq göstərən dövlətlərin və təşkilatların sayı artmaqda davam edir və Ermənistan da istisna deyil:

"Məlum olduğu kimi, regionumuzda həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrin Azərbaycanın iştirakı olmadan həyata keçirilməsi mümkünsüzdür və ölkəmizin son üç onillikdəki inkişaf strategiyası və gerçəkləşdirdiyimiz qlobal əhəmiyyətli layihələr bunu bir daha sübüt edir. Bu baxımdan, istər Çinin, istərsə də digər qlobal güclərin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının gələcək inkişafına ümumilikdə regionla əlaqələr kontekstində baxılmasını zəruri edir və Orta Dəhlizin üzərində əlverişli coğrafi mövqeyə, zəngin təbii resurslara, nəqliyyat infrastrukturuna və enerji ehtiyatlarının nəqli üçün beynəlxalq marşrutlara malik olan, prinsipial və müstəqil xarici siyasət kursu yürüdən Azərbaycanın növbəti illərdə də bu proseslərdə açar ölkə olacağı şübhəsizdir. Ermənistan regionda davamlı sülhün və sabitliyin təmin edilməsi, dayanıqlı inkişafa nail olunması üçün bu faktorları nəzərə almalı və qonşu olduğu ölkələrlə sülh şəraitində inkişaf etməyə uyğunlaşmalıdır".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri