Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı hakimiyyəti cümə günü Məkkədəki Məscidül-Həramda terrorçu-kamikadze ilə bağlı xəbərləri təkzib edərək bildirib ki, insident bir kişinin yoldan keçənlərə sataşması və qorxuya səbəb olması ilə bağlıdır. Həmin şəxs bu əməllərə görə saxlanılıb.
AZƏRTAC Səudiyyə mediasına istinadla xəbər verir ki, “X” sosial platformasında dərc olunan bəyanatda deyilir: “Müqəddəs paytaxtdakı təhlükəsizlik orqanları yoldan keçənlərə sataşdığına, onların arasında qorxu və təşviş yaydığına görə bir nəfəri həbs edib və dərhal tədbir görülüb. Təhlükəsizlik orqanları hadisə ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını təsdiqləyir”.
Bəyanatda şübhəli şəxs haqqında əlavə məlumat verilməyib.
Sosial mediada daha əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, partlayıcı jilet geyinmiş terrorçu-kamikadze İslamın ən müqəddəs ziyarətgahı olan Məscidül-Həramda təhlükəsizlik işçiləri tərəfindən yaxalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 02 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















