Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanı orqan donorluğu sahəsində dünya üzrə üçüncü yerdədir

Səudiyyə Ərəbistanı orqan donorluğu sahəsində dünya üzrə üçüncü yerdədir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 3 may, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığı canlı donorlardan orqan bağışlanması göstəricilərinə görə dünyada üçüncü yer tutur. Ötən il 2023-cü illə müqayisədə canlı donorların sayı təxminən 4,9 faiz artıb. 2024-cü ildə 1706 orqan köçürülməsi əməliyyatı həyata keçirilib.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, bu rəqəmlər Donorluq və Orqan Nəqli üzrə Qlobal Müşahidə Mərkəzinin (GODT) hesabatında yer alır.

Qeyd olunub ki, canlı donorlar tərəfindən ən çox bağışlanan orqan böyrəkdir. Səudiyyə Orqan Nəqli Mərkəzinin məlumatına görə, ötən il 1284 böyrək bağışlanıb. Eyni dövrdə isə qaraciyərin bir hissəsinin nəqli üzrə 422 əməliyyat həyata keçirilib.

Mərkəzin açıqlamasına görə, Səudiyyə Ərəbistanında ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı 540 minə çatıb. Ötən il vəfat etmiş donorların orqanlarının köçürülməsi əməliyyatlarında da 12,3 faiz artım qeydə alınıb. Həmin dövrdə 393 orqan vəfat etmiş şəxslərdən xəstələrə köçürülüb.

Səudiyyə Ərəbistanında orqan donorluğu və nəqli əməliyyatlarını təkmilləşdirmək, eləcə də səhiyyə sektorları və əlaqədar qurumlar arasında inteqrasiyanı gücləndirmək və faydalanan şəxslərə kompleks tibbi xidməti təmin etmək məqsədilə “Əsər” adlı rəqəmsal platforma istifadəyə verilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri