Səudiyyə Ərəbistanı və ABŞ hərbi əməkdaşlıq sazişi imzalaya bilər
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Səudiyyə Ərəbistanı və ABŞ noyabrda hərbi əməkdaşlıq sazişi bağlamağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın nüfuzlu "Financial Times" nəşri özəl mənbələrinə istinadən xəbər yayıb.
Qəzetin iddiasına görə, bu sazişdə tərəflər ərəb ölkəsinə qarşı istənilən hücumu sülh və təhlükəsizliyə təhdid hesab edəcəklər.
Bildirilir ki, saziş vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Saudun gələn ay ABŞ-yə səfəri zamanı bağlana bilər. Sazişin geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edəcəyi gözlənilir.
Ağ Evin yüksək vəzifəli rəsmisi qəzetə deyib ki, şahzadənin səfəri zamanı sözügedən sənədin imzalanması üçün danışıqlar gedir, lakin təfərrüat hələ yekunlaşmayıb.

Səudiyyə Ərəbistanı ilə əczaçılıq və dənizçilik sahələrində əməkdaşlıq
30 Aprel 2025 10:18
Ölkəmiz Səudiyyə Ərəbistanı ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq edəcək
06 May 2025 12:00
Azərbaycan Səudiyyə Ərəbistanı ilə 3 əməkdaşlıq sənədi imzalayıb
13 Noyabr 2024 13:05
Azərbaycan Səudiyyə Ərəbistanı: Enerji sektorunda güclü əməkdaşlıq potensialı
11 İyul 2025 10:21
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
08 Yanvar 2025 18:36

