Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar 19 ölü
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səudiyyə Ərəbistanında bir həftə ərzində beş hava limanına edilən 10 hücum nəticəsində 19 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, ən çox hücuma Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanı məruz qalıb.
Burada baş verən hadisələr səbəbindən uçuş əməliyyatları müvəqqəti dayandırılıb.
Ərəb Koalisiyasının məlumatına əsasən, son hücum zamanı hava limanının 4-cü terminalındakı sərnişin salonuna naməlum mərmi düşüb və yanğın baş verib. Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi xəsarət alanların olduğunu açıqlayıb. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması istiqamətində işlər aparılır.
Hücumlarda ölənlər arasında Səudiyyə Ərəbistanı, Banqladeş, ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşlarının olduğu bildirilir.
Dammamdakı Kral Fəhd beynəlxalq hava limanı da iki hücumun hədəfi olub. Bundan başqa, Əbha, Cəzan və Nəcran şəhərlərindəki hava limanlarına da hücumlar qeydə alınıb. Əbha hava limanına hücum nəticəsində iki Mərakeş və Əlcəzair vətəndaşı həlak olub, 28 nəfər yaralanıb.
Baxış sayı:167
Bu xəbər 12 Oktyabr 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















