Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ Prezidenti ilə hərbi əməkdaşlıq və süni intellekt məsələlərini müzakirə edəcək

Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ Prezidenti ilə hərbi əməkdaşlıq və süni intellekt məsələlərini müzakirə edəcək

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanın vəliəhdi Muhammed bin Salman müdafiə, süni intellekt və nüvə enerjisi məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər edir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı vəliəhdinin noyabrın 18-də ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə aparacağı danışıqlar neft və təhlükəsizlik sahəsində onilliklər boyu davam edən əməkdaşlığı dərinləşdirməklə yanaşı, ticarət, texnologiya və nüvə enerjisi sahələrində əlaqələri əhatə edəcək. Vaşinqton görüşündə dünyanın ən böyük iqtisadiyyatı və ən böyük neft istehsalçısı əməkdaşlığın daha da inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparacaq.

Donald Tramp bu ilin mayında Krallığa səfəri zamanı Səudiyyə Ərəbistanının ona verdiyi 600 milyard dollarlıq investisiya vədindən yararlanmağa çalışır. Səudiyyə Ərəbistanının lideri isə regional təlatümlər fonunda təhlükəsizlik zəmanətləri axtarır, habelə süni intellekt texnologiyasına çıxış və mülki nüvə proqramı ilə bağlı razılaşmanı yekunlaşdırmaq istəyir.

ABŞ və Səudiyyə Ərəbistanı uzun müddətdir ki, Krallığın nefti əlverişli qiymətlərlə satması, supergücün isə bunun müqabilində təhlükəsizlik zəmanəti verməsi barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı son danışıqlarda ABŞ Konqresi tərəfindən təsdiqlənmiş müdafiə paktı əldə etməyə çalışıb. Lakin Vaşinqton bu məsələdə Krallığın İsrail ilə münasibətlərinin normallaşması şərtini irəli sürür. Birləşmiş Ştatların Yaxın Şərq Siyasəti İnstitutunun eksperti, Demokratlar və Respublikaçılar administrasiyaların Yaxın Şərq üzrə sabiq müzakirəçisi Dennis Ross bu məsələdə mühüm irəliləyiş olacağı qənaətindədir.

Ər-Riyad, həmçinin iqtisadiyyatını şaxələndirmək və regional rəqiblərinə nisbətən mövqeyini gücləndirmək üçün iddialı “Vizyon 2030” planı çərçivəsində nüvə enerjisi və süni intellekt sahəsində müqavilələr bağlamaq niyyətindədir. Qabaqcıl kompüter çiplərinin əldə edilməsi üçün razılığın alınması Krallığın qlobal süni intellektdə mərkəzi qovşaq olmaq və iyun ayında yüksəksəviyyəli texnologiyalara çıxış imkanı verən ABŞ-ın milyardlarla dollarlıq data mərkəzi müqaviləsini imzalayan Birləşmiş Ərəb Əmirlikləri ilə rəqabət aparmaq planları üçün çox vacib amildir.

Vəliəhd şahzadənin səfər zamanı Səudiyyə Ərəbistanının mülki nüvə proqramının inkişafı ilə bağlı Vaşinqtonla razılaşma əldə edəcəyi də gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri