Azərbaycan və Səudiyyə Ərəbistanının əmək bazarı üzrə milli observatoriyaları əməkdaşlıq edəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 31 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli Ər-Riyad şəhərində (Səudiyyə Ərəbistanı Krallığı) keçirilən Beynəlxlaq Əmək Bazarı Konfransı çərçivəsində həmin ölkənin İnsan Resurslarının İnkişafı Fondunun tabeliyindəki Əmək Bazarı üzrə Milli Observatoriyanın rəhbər şəxsləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verilib. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil və proqnozlaşdırma sisteminin yaradılması sahəsində gördüyü işlər qeyd olunub.
Görüşdə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi sahəsində qurum tərəfindən sorğuların və tədqiqatların aparıldığı diqqətə çatdırılıb. Həmçinin Səudiyyə Ərəbistanı Krallığı İnsan Resurslarının İnkişafı Fondunun tabeliyindəki Əmək Bazarı üzrə Milli Observatoriyanın fəaliyyəti barədə məlumatlar verilib.
Görüşdə iki qurum arasında sıx əlaqələrinin qurulmasının və müvafiq fəaliyyət sahələrində təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı ola biləcəyi vurğulanıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 31 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















