“Seul” Mahiri yolayrıcında buraxdı, “Nürnberq” çarəsiz qaldı... bu məqama diqqət!
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Koreyanın superliqa təmsilçisi “Seul”un Mahir Emrelini transfer etmək niyyətində olduğunu yazmışdıq. Hətta həmyerlimiz bu üzdən “Nürnberq”in düşərgəsindən ayrılmış, komanda yoldaşlarından muştuluq almağı da ehmal etməmişdi. Böyük iş görürmüş kimi...
Hər halda, Almaniyanın 2-ci bundesliqa təmsilçisinin rəsmisi, dəqiq desək, idman direktoru Yoti Çatzialexiou əlini masaya möhkəm vurdu, yolculuğa hazırlaşan futbolçunu düşərgəyə qaytarandan sonra bildirdi ki, Mahir bizimdi və onu heyətində görmək istəyən klub əvvəlcə “Nürnberq”ə müraciət etməlidi.
Bəli, görünür, hiyləgər “Seul” “Nürnberq”ə təzminat ödəmək əvəzinə Mahirin gözlərini qamaşdıracaq maaş təklifiylə çıxış edərək oyunçunu “oğurlamaq” niyyətində imiş. Amma necə deyərlər, daş qayaya rast gəldi.
“Football-plus.az” “Bild”ə istinadla xəbər verir ki, indi “Seul” geriyə addım atıb. Koreya təmsilçisi “Nürnberq”in tələb etdiyi təzminatın məbləğini eşidəndə ağzı açıq qalıb. Bu üzdən Mahirin komandanı tərk etmək ehtimalı çox zəif görünür. Amma Koreyada “transfer pəncərəsi” martın 27-də bağlanacaq. O vaxta qədər “Seul” daha uyğun təkliflə “Nürnberq”in qapısını döyə bilər.
Bəlli və yetərincə ciddi olan məqamı isə unutmamalıyıq. Mahir “Nürnberq”də qalmaq istəmir. Cismi Almaniyada, ruhu Koreyadadı. Onu almanların düşərgəsinə qaytaran məqam yalnız müqavilə öhdəlikləridi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Fevral 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















