Icma.az
close
up
RU
“Sevgi Evi”ndə uşaqların bu görüntüləri dəhşətə gətirdi Sığınacaqda nə baş verir?

“Sevgi Evi”ndə uşaqların bu görüntüləri dəhşətə gətirdi Sığınacaqda nə baş verir?

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakıda uşaqların işgəncələrə məruz qaldığı iddia edilən “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə bağlı sosial şəbəkələrdə dəhşətə gətirən görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, paylaşımlarda sığınacaqda qaldığı iddia olunan uşaqlara aid “əvvəl/ sonra” görüntüləri yer alır.

Belə ki, fotolarda uşaqların kəskin şəkildə arıqladığı, anoreksiya vəziyyətində olduqları əks olunub.

Həmin paylaşımları təqdim edirik:


Məsələ ilə bağlı “Sevgi Evi” sığınacağı ilə əlaqə saxladıq. Sığınacağın rəhbəri Könül Qasımova Bakupost.az-a açıqlamasında yayılan iddiaları təkzib etdi. Onun sözlərinə görə, paylaşılan materiallar montajdır və böhtan xarakteri daşıyır:

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında cinayət işi başlanılıb. İndiki paylaşımlar isə açıq şəkildə şər-böhtandır. Analardan biri uşaqların köhnə video və şəkillərini paylaşır. Bununla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə belə müraciət etmişik. Şübhəli hesab etdiyimiz şəxslərin ad-soyadlarını da təqdim etmişik. Fotoları paylaşılan uşaqların analarından dördü artıq şikayət verib. Bu paylaşımların arxasında kimlərin dayandığı tam müəyyən edilənə qədər hüquqi mübarizəmizi davam etdirəcəyik. Paylaşılan videolar da köhnədir. Həmin uşaqlar artıq bizdə deyil”.

Qeyd edək ki, daha əvvəl mediada “Sevgi Evi” qadın və uşaq sığınacağının rəhbəri Könül Qasımovanın azyaşlıları ac saxladığı, döydüyü və qaranlıq zirzəmiyə saldığı ilə bağlı iddialar yayılmışdı.


Xatırladaq ki, 10 may 2022-ci il tarixində müxtəlif dövlət qurumlarının iştirakı ilə sığınacaqda keçirilən monitorinq zamanı uşaqların bədənində xəsarət izləri aşkarlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.


Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər sığınacaqda saxlanılan C.M. (şərti ad) bu müddət ərzində psixi və fiziki zorakılığa məruz qalıb. O, həmçinin sığınacaqda olan digər azyaşlılara qarşı da zorakılıq hallarının şahidi olub. Bundan əlavə, sığınacaqda saxlanılan daha iki azyaşlının bədənində saxlanıldıqları dövrə uyğun xəsarət izləri aşkar edilib.


Faktla bağlı rayon prokurorluğunda müvafiq maddələr üzrə cinayət işi başlanıb.


Lalə Novruz, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyun 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri