Icma.az
close
up
RU
Sevgi qorxudur, sevdiyini itirmək qorxusu

Sevgi qorxudur, sevdiyini itirmək qorxusu

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Sevimli həyat yoldaşım Aidə xanımın əziz xatirəsinə

Esse

"Həsrətin araya atdı, dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun,

Qayıt mənim gülüm, qayıt bu yerə

Ey mənim istəyim, nə gəlməz oldun." - Əli Kərim

Əzizim Aidə, yadındamı, həmişə mən deyərdim ki, sevgi qorxudur. Səni itirmək qorxusu məndə həmişə sonsuzluq qədər olub, heyhat bu qorxu çox tez baş verdi. Amma o qorxudan doğan sevgim sənə sonsuzdur, əbədidir, həm bu dünyada, həm o dünyada.

Sən həmişə məni qoruyardın, bağışla səni qoruya bilmədim. O dünyada yerin cənnət olsun.

Bilirsənmi, sən gedəndən sonra təhna qaldığım bu mərhəmətsız, vəfasız dünyada sənsiz nələr çəkirəm. Sən geri dönərsən deyə, gözlərim yollarda qalıb.

Ruhu yaralı, ürəyi ağrılı yaşayıram. Bilirəm, bir daha “əzizim Aidə” deyə çağıranda cavab gəlməyəcək, amma “gəldim” sədan həmişə qulağımdadır.

Nə kitablar, nə elmi biliklər, nə həyat təcrübəsi yoxluğunu anlamağa yetmədi.

Birgə yaşadığımız xoşbəxt illərdə çox cətinliklər olsa da, yaşamaq eşqi, sənin xoş münasibətin, müdrikliyin, gələcəyə pozitiv baxışın sayəsində hər cür cətinliklərin öhdəsindən asanlıqla gəlirdik. Düşünürdüm ki, yaşadığımız bu həyat yazdığımız xoşbəxt sonluqlu bir romandır. Ancaq bilməzdim ki, Tanrının yazdığı roman bambaşqaymış. Bu bizim birgə ömrümüzün həyat kitabıdır. Çox əfsuslar ki, Tanrının yazdığı bizim tale kitabımızı qəfil və vaxtsız bağladı.

Əzizim Aidə, yadındamı, sənə həmişə deyərdim ki, məni özünə bu qədər öyrətmə. Sənsiz keçəcək günlər, sanki ürəyimə dammışdı. Dostum, böyük şairimiz Musa Yaqubun dediyi kimi;

"Taleyin qisməti rast saldı bizi.

Yolumuz haradasa qırılacaqsa,

İtirəcəyiksə, bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Gəl məni, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə,

Üzümü üzünə öyrətmə belə."

Yoxluğun hər seydən ağırmış.

Səni indi yuxularımda görürəm. Yuxum ərşə çəkilir, gecələr bir əsrə dönür.

Səhər də, axşam da xəyalımdasan, xəyallarımda səninlə keçirdiyimiz o xoş günlərdən, dünyanın birgə olduğumuz müxtəlif ölkələrindən, doğma Ağdamımızdan, sənin oxuduğun 5 №-li, mənim oxuduğum 1 №-li məktəb illərindən söhbət açırıq.

Sən getməyinlə sanma ki, tək özünü apardın. Sən sevincimi, kədərimi, ömrümü də özünlə apardın. Sən çevrəmizdə, ailəmizdə kər kəsi əvəz edirdin, amma indi səni əvəz edən yoxdur.

Tez-tez düşünürəm ki, heç olmasa bir anlığa yanımda olaydın (eh sən orda, mən burda, dönüşü olmayan bir yoldayıq), gözlərinə baxaydım, o xoşbəxt gənclik illərində şeir həsr etdiyim gözlərinə:

Mən nə deyim o gözlərə,

Ulduz deyim, yox, ulduzlar

Göydə yanır.

O gözlərsə ürəyimin lap içində

İşıqlanır.

İndi təsəllim odur ki, yaxşı ki, hec olmasa yuxularımda bir yerdəyik. Evimizin otaqlarını bəzəyən dünyanın müxtəlif şəhərlərində çəkdirdiyimiz şəkillərə baxırıq. Şuşada, Ağdamda keçən günlərimizdən söhbət açırıq; məndən övladlarını, sevimli nəvələrini bir-bir soruşursan. “İlahi, varlığına şükür, necə xoşbəxtik!” - deyirsən. Ayılıram, qarşımda sənsizliyin buza döndərdiyi otaq, tənhalıq, acı həqiqətlər, gedəndə dalımca su atmayan, evə gələndə məni qarşılamayan sevimli Aidəmin şəkilləri. Sənsiz daldığım düşüncələr dünya boyda dərddir.

Əzizim Aidə, sənsizliyin dərd yükü gündən-günə daha da ağırlaşır. Sənsizliyin hər anı mənə bir əsrdən də uzun gəlir. Dostum, qardaşım dünyaca ünlü şairimiz Ramiz Rövşən demişkən;

"Bu vaxtsız sevginin əcəli yetdi

Buydu qismətimiz ya tez, ya da gec.

Hərə öz dərdini apardı getdi

Bəs niyə dərdimiz azalmadı heç…?"

Ancaq təsəllim odur ki, hər seyin bir sonu olduğu kimi ayrılığın, həsrətin də sonu var. Bu son biz qovuşanda olacaq. O qapalı kitab açılacaq.

Görüşənədək.

Sənin Rafiqin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Aprel 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri